28-06-2016 [17:11]
"Milli Məclisin daxili nizamnaməsində deputatların hərəkətləri və nizam-intizamı ilə bağlı məsələlər öz əksini tapıb. Nizamnamədə qeyd edilib ki, deputatlar hansı hallarda intizam tədbirlərinə cəlb oluna bilərlər. Bu baxımdan gələcəkdə ola bilsin ki, biz bir çox dövlətlərin təcrübəsini öyrənəndən sonra ehtiyac yaranarsa, deputatların davranışına dair etik kodeksi də qəbul edə bilərik”.
Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O, bildirib ki, Milli Məclisin hazırki daxili nizamnaməsi daxili münasibətləri tənzimləyir, amma deputatlar üçün ayrıca etik davranış kodeksi qəbul oluna bilər:
"Milli Məclisin daxili nizamnaməsi parlament daxilində olan münasibətləri tənzimləyir. Amma deputatların etik davranış kodeksi ümumilikdə ölkədə daxilində və xaricində millət vəkillərinin etik davranış qaydalarını tənzimləyən bir sənəd olacaq”.
Komitə sədri qəbul olunacaq etika kodeksindən danışaraq deyib ki, ayrı-ayrı dövlətlərin bu sahədə olan təcrübələrini yaxından öyrənilir.
Siyavuş Novruzov deputatların etik davranış kodeksinin hazırlanmasına çoxdandır ki, başlanıldığını bildirib:
"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində kodeksin hazırlanmasına başlanılıb. Lakin parlamentseçkiləri başladıqdan sonra bu məsələ bir müddət ləngidi. Bu kodeksin hazırlanması ilə dövət qulluqçularının və digər qurumlardakı şəxslərə tətbiq olunan etik davranış kodeksi qaydaları deputatlara da şamil ediləcək”.
S.Novruzov Milli Məclisin növbədənkənar sessiyasının ötən həftə keçirilmiş son iclasında spiker Oqtay Əsədovla Zahid Oruc arasında yaşanmış mübahisəni ciddi problem saymayıb.
Xatırladaq ki, Milli Məclisin İntizam komissiyası bu gün həmin mübahisəni araşdıraraq, Z. Oruca irad bildirilib və şifahi töhmət elan edilib.
Qeyd edək ki, iyunun 24-də növbədənkənar sessiya çərçivəsindəki son iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb. Oqtay Əsədov Zahid Orucu iclası pozmaqda, nizam-intizama əməl etməməkdə ittiham edib.
Modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi