Aydın Əliyev şikayətçilərlə görüşəcək - Komitə sədrinin qəbul qrafiki

img

28-06-2016 [16:07]


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyulun 2-də saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşlar ilə görüşəcək.

Mia.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən rayonların – Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək 195 Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA