28-06-2016 [16:00]
"Professor Qulu Məhərrəmlinin məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz vəsatəti Ekspertiza Mərkəzinə göndərilib. Hələlik hansısa qərarın qəbulu barədə danışmaq tezdir”.
Bu haqda Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyevin köməkçisi məlumat verib.
BDU-kı etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu etirazdan sonra BDU rəhbərliyi ekspertizada iştirak üçün təyin etdiyi dilçi-mütəxəssisləri – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılovanı rəylərini tezliklə təqdim etməyə tələsdirib. Universitet kimi bir mənəviyyat ocağında rüsvayçı "ekspert” əməliyyatına humanitar məsələlər üzrə prorektor Sani Hacıyevin rəhbərlik etdiyi bildirilir. Etiraz vəsatətindən xəbər tutan kimi S.Hacıyev dərhal dilçiləri yanına çağırıb və işləri sürətləndirməyi tapşırıb. Prorektor, həmçinin onlara görəcəkləri işin "əhəmiyyəti”ni xatırladıb, universitetlə AzTV-nin münasibətləri naminə rəyin mütləq mənfi yazılmasının vacibliyini deyib və işləri gizli saxlamağı tapşırıb.
"Ekspertizanın bu şəkildə aparılması qanuna ziddir”. Tanınmış hüquqşünas, "Femida” qəzetinin baş redaktoru Eyyub Kərimov Gununsesi.info-ya bildirib ki, cinayət təqibinə məruz qalmış şəxsin iş yerindən mütəxəssis seçilməsi yolverilməzdir: "İkincisi, işin nəticəsində maraqlı olan şəxs rəy hazırlanmasında iştirak edə bilməz, üçüncüsü isə Q.Məhərrəmli ilə bağlı ictimailəşmiş məhkəmə işi söz-mətbuat azadlığı üçün ciddi önəm daşıdığından ekspertizaya cəlb edilmiş mütəxəssislərin yüksək bilikli, müstəqil və vicdanlı olması çox vacibdir. Bir də universitet müəlliminin kiminsə göstərişi ilə mövqe müəyyənləşdirməsi hələ hər şey demək deyil. Məsələ bundan sonra Ekspertiza Mərkəzində peşəkar əməkdaşların iştirakilə müzakirə olunacaq. Qanuna görə təqsirləndirilən şəxsin özü və nümayəndələri də müzakirədə iştirak edib sual və izahlar vermək hüququna malikdir. Yəni qərəz olsa, dərhal üzə çıxacaq”-, deyə hüquqşünas əlavə edib.
Əyyub Kərimov bilə-bilə yalan rəy verən mütəxəssisin suallara aydınlıq gətirmək üçün məhkəməyə dəvət olunacağını da xüsusi vurğulayıb: "Bəzən məhkəmə təcrübəsində belə hallar olur ki, mənfi rəy yazmağı sifariş edənlər kənarda qalır, amma mütəxəssislər yalan rəyə görə məsuliyyətə cəlb olunurlar”.
Gununsesi.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi