?flydubai? zirkəti istanbula və Misirin Əsyut zəhərlərinə də uçuzlara bazladı

img

14-04-2010 [01:40]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti Körfəz Ölkələri Şurasını əhatə edən marşrutlarına Küvet və Məşqət şəhərlərini əlavə etdikdən cəmi iki həftə sonra daha iki marşrut açdığını élan edib: Misirin Əsyut və Türkiyənin İstanbul şəhərlərinə. Bununla da ?flydubai? şirkətinin çatma məntəqələrinin sayı 15-ə yüksəlib. Yuxarı Misirdəki ən iri şəhər olan Əsyuta uçuşlar Mayın 24-dən başlamaqla həftədə uç dəfə həyata keçiriləcək və bir biletin qiyməti cəmi 96 ABŞ dolları olacaq. Sərnişinlər ?flydubai? şirkətinin sadə və qənaətcil xidmətlərindən istifadə etməklə 2010-cu il Avropa Mədəniyyətinin Paytaxtı seçilən İstanbula cəmi 123 ABŞ dollarına səfər edə biləcəklər. İstanbula uçuşlar həftədə beşdə dəfə olmaqla İyun ayının 17-dən etibarən başlayacaq. Bununla əlaqədar ?flyduibai? şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt bilidirib: ?Bu iki marşrutun açılması bizim regionun əsas çatma məntəqələrinə uçuşların daha əlçatan və daha rahat edilməsi ilə bağlı götürdüyümüz öhdəliklərə uyğundur?. ?Bu iki marşrut ?flydubai? şirkətinin hansı növ çatma məntəqələrinə xidmət göstərdiyinə parlaq misaldır. Əsyut şəhərinin Birləşmiş Ərəb Əmirlikləri ilə cəmi bir neçə birbaşa əlaqə yolu var və bu şəhərə uçuşlar təşkil etməklə biz səyahətin daha az mürəkkəb, daha stressiz və daha qənaətcil edilməsi ilə bağlı verdiyimiz vədə əməl edirik. İstanbulun isə çoxları üçün tanış olmasına baxmayaraq, biz burda da bizim keyfiyyətli və qənaətcil xidmətlərimizə ehtiyac olacağını düşünürük? deyı Qeyt Əl Qeyt qeyd edib. Biletləri artıq indidən ?flydubai? şirkətinin (flydubai.com) saytından yaxud səyahət agentliklərindən sifariş etmək olar. ?flydubai? şirkətinin modeli çox sadədir, sərnişinlər yalnız almaq istədikləri xidmətə görə pul ödəyirlər. Qiymətə çəkisi 10 kiloya qədər olan bir ədəd əl baqajı və bütün vergilər daxildir. Sərnişinlər cəmi 11 ABŞ dolları ödəməklə ilk yük çantalarını qeydiyyatdan keçirə bilərlər. Çəkisi maksimum 32 kiloya qədər olan ikinci çantaya görə isə sərnişinlər 28 ABŞ dolları ödəməklə qeydiyyatdan keçə bilərlər. Aeroportda yoxlanılmış baqaj onun üçün ayrılan yerə görə ciddi müzakirə obyektidir. Məhz bu səbəbdən sərnişinlərə qabaqcadan hər şeyi online şəkildə sifariş verməsi tövsiyə olunur. Bununla Siz bagajınız üçün yer təmin etmiş olursunuz, belə ki, yalnız öncədən alınmış baqaja təminat verilir. Nominal olaraq əlavə 1 ABŞ dolları 50 sent ödəməklə sərnişinlər təyyarədə öz yerlərini seçə bilər və cəmi 13 ABŞ dolları ödəməklə ayaqlar üçün daha geniş sahəsi olan yerləri ala bilərlər. Sifariş olunmuş biletlərin təbii ki, biletlər arasındakı fərqlər nəzərə alınmaqla kiçik bir məbləğə dəyişdirilməsi mümkündür. Yemək və içki də təyyarənin göyərtəsində alına bilər. ?flydubai? şirkəti Beynəlxalq Dubay Aeroportunun modernləşdirilmiş və genişləndirilmiş 2 saylı terminalında fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA