28-06-2016 [14:59]
Elxan ŞAHİNOĞLU, politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
29-30 iyun tarixlərində Moskvada Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının 47-ci toplantısı keçiriləcək.
Rusiya hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edir. Moskva toplantısında təşkilata üzv ölkələrin iqtisadi, ticarət və mədəni əlaqələrinə dair hüquqi baza formalaşmalıdır. Toplantıya bu ölkələr dəvət olunub: Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya və Türkiyə.
Dəvət olunan ölkələrin siyahısından da görünür ki, Moskva toplantısında ciddi nəticə əldə olunmayacaq.
Birincisi, rəsmi Bakının mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycan işğalçı Ermənistanla heç bir inteqrasiya layihəsində iştirak etməyəcək. Doğrudur, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, ancaq bu üzvlük simvolik xarakter daşıyır.
İkincisi, toplantıda Ukrayna iştirak etməyəcək. Moskva bir tərəfdən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq yollarını genişləndirmək haqqında danışır, eyni zamanda təşkilata üzv olan Ukraynanın ərazisi Krımı işğal edib. Belə olan halda Ukrayna da təşkilat çərçivəsində Rusiya ilə inteqrasiya proseslərində iştirak etməyəcək. Təsadüfi deyil ki, Kreml Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının toplantısına Krım administrasiyasının nümayəndələrini dəvət etməyi planlaşdırır. Kreml belə bir addım atarsa bununla toplantıya qatılan digər ölkələri də pis vəziyyətdə qoyacaq.
Üçüncüsü, təşkilata üzv olan Gürcüstanın da Rusiyanın siyasətinə iradları var. Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal etdiyinə görə iki ölkə arasında diplomatik münasibətlər yoxdur. Buna görə də rəsmi Tiflis Moskva toplantısına aşağı səviyyəli nümayəndə heyəti göndərə bilər. Bu baxımdan Ukrayna kimi Gürcüstanın da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Rusiya ilə əməkdaşlığı genişləndirməsi problematikdir.
Dördüncüsü, Rusiyanın Ukrayna və Gürcüstanla yanaşı Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatına üzv olan digər ölkələrlə - Türkiyə, Moldova, Rumıniya və Bolqarıstanla da münasibətləri normal deyil. Rusiya Türkiyə ilə siyasi əlaqələri dondurub, iqtisadi əməkdaşlığı minimuma endirib, Moldovanın Qərb yönümlü siyasətini tənqid edir, Rumıniyada ABŞ-ın raketlərdən müdafiə sistemlərini özünə təhlükə sayır, Bolqarıstanın isə Qara dənizin dibi ilə boru xəttindən imtina etməsi qərarından narazıdır.
Bütün bunları nəzərə alaraq indiki halda Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatının fəaliyyəti nominal xarakter daşıyır. Halbuki, təşkilat 1992-ci ildə təsis olunduqda qarşısına böyük hədəflər qoymuşdu. Ancaq bu illərdə Rusiyanın təşkilata üzv olan dövlətlərin bir çoxu ilə münasibətləri gərginləşdi və bu səbəbdən regional əməkdaşlıq imkanları minimuma endi. Qara Dənizə çıxışı olan ölkələr ikitərəfli və üçtərəfli əməkdaşlığıa üstünlük verirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi