Daha bir millinin baş məşqçisi istefa verdi - Səbəb

img

01-07-2016 [10:53]


İspaniya millisinin baş məşçisi Visente Del Boske postunu tərk etmək qərarına gəlib. 

Bu barədə "Eurosport" məlumat yayıb.

Məlumata görə, o, artıq istefa ərizəsini İspaniya Futbol Federasiyasının prezidentinə təqdim edib. V.D.Boske mətbuata açıqlamasında yığmada çalışmaq istəyinin qalmadığını və bunun komandanın Avropa çempionatındakı nəticəsi ilə əlaqədar olmadığını bildirib: "Yığma ilə müqaviləm iyulun 31-i başa çatır. Bundan sonra İspaniya millisindən ayrılacağam. Bu qərarımı Avropa çempionatındakı nəticəyə görə verməmişəm. İspaniya millisini və futbolu tərk edirəm”.(AzNews.az)  


Xatırladaq ki, İspaniya AVRO-2016-nın 1/8 finalında İtaliyaya 0:2 hesabı ilə məğlub olaraq qitə turnirində mübarizəni dayandırıb.

Qeyd edək ki, baş məşqçi İspaniya yığması ilə 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA