28-06-2016 [14:07]
Son aylar istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və sahibləri sanki bir-birləri ilə razılaşdırılmış şəkildə ƏDV-dən azad olunmaq üçün müraciətlər edirlər.
Bu müraciətlərin arxasında dayanan həqiqətlər nədən ibarətdir? Doğrudanmı bütün problemlər ƏDV ilə bağlıdır? Əgər müraciət edən tərəflərin bütün problemləri ƏDV ilə bağlıdırsa, onda onlar nə üçün məhz son aylar belə aktivləşiblər? Axı bu müəssisələrin hər biri indi azad olmaq istədikləri ƏDV-ni illərdir ki, problemsiz ödəyirdilər. Deməli məsələnin başqa tərəfləri var. Sadəcə baş verən iqtisadi böhran hər kəsə öz təsirini göstərdiyi kimi, bu sahələrə də təsirsiz ötüşməyib və nəticə etibarilə onların rentabelliyi aşağı düşüb, gəlirləri azalıb. Bu səbəbdən də indi hər kəs öz itkilərini bərpa etmək yollarının axtarışındadır. Məsələn, iri supermarket sahibləri insanlara normal xidmət göstərmək, əhaliyə satdıqları malların, məhsulların qiymət və keyfiyət göstəricilərinə görə bir-biri ilə rəqabət aparmaq əvəzinə, öz aralarında razılaşaraq daha asan yol – ƏDV-dən azad olmaq üçün hökumətə müraciət yolunu seçiblər. Başqa bir misal. Azərbaycan Dəmir Yolları QSC –də dəmir yolunun ƏDV-dən azad olunmasını israrla tələb edir.
Əlavə dəyər vergisi necə müəyyən edilir, onu hansı hallarda ləğv etmək mümkündür və bu təşəbbüs kimə məxsus olmalıdır? ƏDV dövlət büdcəsinin əsas gəlirlərindən biridir və onun hansı sahələrdən necə alınmasını hökumət bu verginin ödəyicilərinin sifarişi və ya xahişi ilə deyil, özünün vergi siyasəti ilə müəyyən edir. Vergi Məcəlləsində ƏDV-dən azad olmalar və onun "0” dərəcə ilə tətbiqinə dair böyük bir siyahı var. Hökumət hər bir müəssisənin, sahənin vergi yükünü müəyyən edərkən, bütün reallıqları nəzərə alır və zərurət olduğu hallarda öz qərarlarında müvafiq dəyişiklikləri aparır. Bu səbəbdən vergi ödəyicilərinin yaranmış böhran şəraitində mətbuat vasitəsilə hökumətə "bizi ƏDV-dən azad etməsəniz müflis olarıq, iş yerləri bağlanar və s.” kimi lozunq xarakterli çağrışlarla təziq etməsinə ehtiyac yoxdur. Təəssüf ki, bəzi mətbu orqanlar belə "vasitəçi” missiyasını öz üzərinə götürüb, hökumətə bu çağırışı edənlərin səsinə səs verirlər. Bütün hallarda gəlin unutmayaq ki, vergi yükünün çəkisini bu vergiləri müəyyən edən tərəf onun ödəyicilərindən daha yaxşı bilir. Dövlət heç vaxt istəməz ki, vergi yükünü həddindən artıq ağır edib müəssisəni iflic vəziyyətə salsın. Ona bu lazım deyil. Əksinə, dövlət öz vergi siyasətilə istehsalın və xidmətlərin həcminin artırılmasında maraqlıdır. Çünkü belə olduğu halda onun büdcəsi də daha çox gəlir əldə edə bilir. Bu səbəbdən də ƏDV-nin taleyinin müəssisə və ya sahə rəhbərliyinin baxışları və ya tələbi ilə müəyyən olunması mümkün deyil. Əgər bu baş verərsə, onda hər kəs inansın ki, büdcə indiki gəlirlərinin heç 1/10-ni də ala bilməz.
Ümumiyyətlə supermarket sahiblərinin və Dəmir Yolları QSC-nin rəhbərliynin ƏDV-dən azad olunmaqla bağlı təklifləri nə dərəcədə əsaslı ola bilər?
Mətbuat səhifələrində supermarket rəhbərlərinin müraciətinə münasibət bildirmişik. Onların müraciətinin əsası yoxdur desək bu hələ çox azdır. Əksinə bu müraciətdən sonra Vergilər Nazirliyinin xətti ilə supermarketlərin real ticarət dövriyyələrinin həcmini müəyyən etməyə yönəlmiş xronometrajlarla bəlli olub ki, onlar öz dövriyyələrini vergidən 10 dəfələrlə gizlədərək fəaliyyət göstərirlər. Burada birmənalı şəkildə vergidən gizlədilən dövriyyə qanunla müəyyən olunmuş şəkildə vergiyə cəlb edilməlidir. Bununla da bütün suallara cavab tapılacaq. Dəmir yollarına gəldikdə isə orada xidmətlərin ƏDV-dən azad edilməsi belə problemin axıra qədər həlli demək olmayacaq. Dəmir Yolları QSC bu gün dövlətdən müxtəlif formalarda dotasiyalar almaqla yaşayır.
Bu sahədəki problemin həllinin yeganə düzgün yolu, bu təşkilatı sistemli şəkildə özəlləşdirməkdən keçir. Dünyanın qabaqcıl ölkələrinin bu sahədə çox yaxşı təcrübələri var. Bu təcrübələri öyrənib Dəmir Yolları QSC-nin özəlləşdirilməsinə başlamaq lazımdır. Ölkə Prezidentinin Dövlət Əmlakının özəlləşdirilməsinə dair bu ilin may ayının 19-da imzaladığı fərman bunun üçün geniş meydan açır. Ümumiyyətlə bu Fərmana uyğun olaraq təbii monopolist olan başqa sahələrin də özəlləşdirilməsinə start verməyin vaxtı çatıb. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin ən ümdə tələblərindən biri normal rəqabət mühitinin olmasıdır. Bizdə bu gün dəmir yolu xidməti, su, qaz, yanacaq satışı sahəsində isə bu rəqabət yoxdur. Həmin sahələrin özəlləşdirilməsinə başlamaq artıq zamanın tələbinə çevrilib.
Fikrət Yusifov, sabiq maliyyə naziri,
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi