28-06-2016 [11:49]
"9 ay öncə Türkiyə Rusiya təyyarəsni vurub. Yəni birbaşa. Doğru edib. Bütün dünyaya başa salıb ki, kimin hansı gücü olmasından asılı olmayaraq, mənim sərhədlərimi keçmək olmaz və belə olduqda ən sərt addımlara hazıram".
Mia.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Türkiyə ilə Rusiyanın ötən gündən başlayaraq istiləşən münasibətlərinə şərh verərkən deyib.
Fazil Mustafa bildirib ki, 9 ay sonra Türkiyə Rusiyadan dolayı yolla üzr istəyib:
"Yenə də doğru edib! Türkiyə atdığı addıma görə, Qərbdən lazımi dəstəyi ala bilmədi və ABŞ-a görə Suriyada Rusiya ilə münasibətlərini gərginləşdirən Türkiyəyə ABŞ PYD və PKK-ya dəstəyini gücləndirməklə cavab verdi, Avropa Birliyi miqrant məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin üzərinə qoydu, Almaniya da daha irəli gedərək saxta erməni soyqırımını tanıdı.
"Mən demişdim axı, üzr istəyəcək", "mən demişdim axı, rusun təyyarəsini vurmaq olmaz" ifadələrini indi daha tez-tez bizim və Türkiyənin mediasında gözdən keçirəcəyik, ancaq siyasətdə bunun qısa bir izahı var: xarakterimi göstərdim, gücüm çatana qədər dirəşdim, sonda dalandan qurtulmaq üçün bu yolu seçdim".
Deputatın sözlərinə görə, situasiyanın tələbi budur ki, Türk ordusunun küncə sıxışdırdığı PKK-nı ABŞ, Avropa Birliyi və Rusiyanın birgə dəstəyindən məhrum etmək lazımdır:
"Açığı söyləyim ki, rus təyyarəsi ilə bağlı epizodda ölkə prezidentinin addımı bədəli nə olursa olsun, əsaslandırılmış idi, bu, həm də Rusiya ilə sanksiya dilə ilə danışan Qərb dövlətləri üçün müttəfiqlik naminə edilən misli görünməmiş fədakarlıq idi. Ancaq Qərb müttəfiqlik əxlaqını yerinə yetirmədi. Fikrimcə, cənab Ərdoğanın əsil problemi İzraillə münasibətlərin mənasız yerə pozulmasından başladı. Qəzza məsələsinə görə bu qədər dərinə gedilməsinin izahını vermək mümkün deyil.
Məsələn, Azərbaycana görə Ermənistanla sərhədləri bağlamaq, diplomatik münasibətlər qurmaqdan imtina siyasəti hərtərəfli anlaşılandır. Çünki bunun qarşılığını Azərbaycan hər zaman enerji və başqa məsələlərdə ayrıca jestlərlə verib və bundan sonra da verəcəkdir. Qəzzaya yardım və dəstək də lazımdır, ancaq bunu İzraillə münasibətləri pozmaq bahasına etmək doğru deyildir. Sırf iqtisadi baxımdan isə bölgədə hər iki dövlətin maraqlarına ciddi zərbə vurulmuş oldu.
Məncə, İzrail və Rusiya həmlələrinin ardından cənab Ərdoğan özündə güc tapıb rəsmi Misirlə münasibətlərin normallaşmasına çalışmalıdır. İranla bağlı siyasətin də müsbət məcrada dəyişməsi vacibdir. Zaman göstərdi ki, xarici siyasətdə məsələlərə ideoloji prizmadan yanaşmaq Suriya kimi çözülməz bir problemi qarşıya çıxara bilər. Azərbaycan üçün isə, bu addımların müsbət sonluğa varması hava-su kimi lazımdır. "Fillər savaşanda çəmənlik əzilir." Təqribən belə bir şey...".
F.Mustafa bu arada Böyük Britaniyanın baş nazirinin Türkiyənin Avropa Birliyinə daxil olmasına ölçdüyü üç min illik müddəti də xatırladıb:
"Özü isə Avropa Birliyində qalmaqla bağlı keçirilən referendumun nəticəsinə heç üç saat da qatlana bilmədi. Deməli siyasətin konturları texnoloji inqilab sürəcində daha çevik dəyişəndir. Yuxarıda 9 ay məsələsini əslində normal doğuş müddəti ilə əlaqələndirdim. Yəni 9 aydan sonra yeni siyasətin doğuşu söz konusu. Ona görə də düşmənçilikdə söyüşlərin hamısını işlətməmək, dostluqda da təriflərin hamısını yağdırmamaq məsləhətdir. Sonra istənilən üzr, qəbahətdən betər olur".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi