Gəncədə hərbi hissədə 4 ayın əsgəri dünyasını dəyizib

img

14-04-2010 [12:20]


Müdafiə Nazirliyinin Gəncədə yerləşən "N" saylı hərbi hissəsində qulluq edən 18 yaşlı Sənan Ələmdar oğlu Cəfərov naməlum səbəbdən dünyasını dəyişib. Əsgərin yaxınlarının verdiyi məlumata görə, S.Cəfərov 2010-cu ilin yanvar ayında Beyləqan Rayon Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Onun meyiti dünən axşam saatlarında hərbi hissədən tapılıb. Yaxınlarının məlumatına görə, əsgər plevrit xəstəliyindən (qabırğa altına su yığılması red.) həyatını itirib. Artıq əsgərin meyiti evinə göndərilib. Gəncə Hərbi Prokurorluğu faktı təsdiqləyib. Prokurorluqdan bildirilib ki, meyitin xarici müayinəsi zamanı hər hansı bir zorakılıq əlaməti aşkar olunmayıb. Meyit daha sonra daxili müayinə üçün tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticəsinə görə, əsgər xəstəlk nəticəsində dünyasını dəyişib(anspres). Faktla bağlı Hərbi Prokurorluqda AR CM-nin 342-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA