Türkiyə Putinin tələbinə əməl etd, Ərdoğan üzr istədi - Kremldən açıqlama

img

27-06-2016 [17:54]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlum təyyarə qalmaqalına görə Rusiya prezidenti Vladimir Putindən üzr istəyib.

Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, Ərdoğanın Putinə göndərdiyi mesajda «Su-24» təyyarəsi ilə bağlı insidentə görə üzrxahlıq edilib: «Türkiyə prezidenti rus pilotun ölümü ilə nəticələnən insidentlə bağlı üzrxahlıq edib, mərhumun ailəsinə başsağlığı verib və yaranmış situasiyanın nizamlanmasında maraqlı olduğunu bildirib».

Peskovun dediyinə görə, mesajda Türkiyə prezidentinin üzr istədiyi açıq ifadə olunub(Strateq).

Qeyd edək ki, Ərdoğan iki ölkə arasında yaranmış gərginliyin aradan qalxmasında maraqlı olduğunu desə də, əsla üzr istəməyəcəyini bildirirdi. O, Türkiyənin hava məkanını dəfələrlə pozduğuna və xəbərdarlıqlara məhəl qoymadığına görə bu məsələdə təqsirkar tərəfin Rusiya olduğunu bəyan edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA