27-06-2016 [12:27]
Türkiyə-İsrail ikitərəfli münasibətlərinin normallaşdırılması haqqında razılaşma dünən – 26 iyun tarixində Romada imzalanıb.
Türkiyə mətbuatı xəbər verir ki, razılıq sazişində, demək olar ki, rəsmi Ankaranın irəli sürdüyü bütün tələblər tam və ya qismən qəbul edilib.
Mətndə İsrailin 2013-cü ilin mart ayında Türkiyənin ilk tələbini yerinə yetirdiyini və mövcudluq tarixində ilk dəfə "xarici bir dövlətdən üzr istədiyi" vurğulanıb. Əldə olunan razılaşma çərçivəsində Türkiyənin təzminat şərti də İsrail tərəfindən qəbul edilib. Rəsmən təsdiqlənməyən məlumatlara görə, İsrail hadisə zamanı öldürülən xeyirsevərlərin ailələrinə təzminat üçün 20 milyon dollar pul ayırıb.
Türkiyənin əvvəldən bəri ən əhəmiyyətli şərt olaraq irəli sürdüyü embarqonun ləğvi barədə isə dəqiq heç bir məlumat olmasa da, İsrailin Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini qəbul etdiyi bildirilir.
Əldə olunan razılaşmaya əsasən, Türkiyə Qəzzaya humanitar yardım daxil, mülki məqsədli vəsaitlər göndərə, bölgənin infrastrukturunun qurulmasına və bərpasına investisiya qoya biləcək. Bu istiqamətdə Qəzza xalqının istifadəsi üçün yaşayış məskənlərinin inşa ediləcəyi və 200 yataqlı Türkiyə-Fələstin Dostluq xəstəxanasının ən qısa zamanda xidmətə açılacağı gözlənilir. Qəzza xalqının ən təcili ehtiyacları olan elektrik və içməli su probleminin həlli üçün yeni stansiyaların tilkiləcəyi də sazişin şərtlərindən biridir(Strateq.az).
Qeyd edək ki, 2010-cu ilin may ayında İsrailin Fələstinə qarşı tətbiq etdiyi embarqonu yarmaq üçün türk gəmisi "Mavi Maramara” Qəzza zolağına hümanitar yardım apararkən, İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalmışdı. Hücum beynəlxalq sularda baş vermiş və gəmidəki 10 xeyirsevər öldürülmüşdü. O zamandan etibarən, Türkiyə İsrail münasibətləri kəskin şəkildə pisləşmiş, Ankara Təl-əviv qarşısında 3 tələb qoymuşdu: hadisəyə görə üzr istənilsin, Qəzzaya qarşı tətbiq olunan embarqo ləğv olunsun və gəmiyə hücum zamanı zərər çəkmişlərə təzminat ödənilsin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi