AŞ PA sədrinin Azərbaycana səfəri bazlayıb

img

13-04-2010 [10:43]


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlunun ilk dəfə olaraq Azərbaycana rəsmi səfəri başlayıb. Səfər aprelin 16-dək davam edəcək. Çavuşoğlu Bakıda prezident İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də parlamentdə təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır. O, həmçinin AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməli və Azərbaycan Dillər Universitetində çıxış etməlidir. Çavuşoğlu aprelin 15-də ölkənin ikinci böyük şəhəri Gəncəyə gələcək və burada yerli hakimiyyət nümayəndələri ilə görüşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA