26-06-2016 [16:17]
Azərbaycanda vətəndaşlar, eləcə də hüquqi və fiziki şəxslər arasındakı iqtisadi münasibətlərlə bağlı mühüm dəyişiklik olub. Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, borc verilməsi qaydaları dəyişdirilib.
Məcəllənin 740-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra vətəndaşlar bir-birinə 3 min manatdan artıq borc verildiyi zaman bu hal hökmən müqavilə ilə təsdiqlənməli – yəni borc müqaviləsi bağlanmalıdır. Tərəflərdən biri hüquqi şəxs olduqda isə borcun məbləğindən asılı olmayaraq bütün borc münasibətləri rəsmiləşdirilməlidir. Bu maddənin əvvəlki məzmununda borcun məbləğindən asılı olmayaraq, şifahi müqaviləyə yol verilirdi (yazılı müqavilə bağlanmadan).
Mülki Məcəlləyə dəyişiklik belədir:
"2. 740-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”.
Əvvəlki variant belə idi:
"Maddə 740. Borc müqaviləsinin forması
Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər".
Hüquqşünas Asif Abdullayev Mülki Məcəlləyə dəyişiklikləri şərh edib: «Hesab edirəm ki, borc verilən məbləğdən asılı olmayarq, borc müqaviləsinin notarial qaydada təsdiq etməklə yazılı formada bağlanılması daha məqsədəuyğundur. Belə olan halda, borc götürən şəxs borc verdiyini sübut etməkdən azad olacaq. Borc qaytarılmadığı halda, məhkəməyə sübut kimi borc müqaviləsini təqdim etmək kifayət edəcək.
Şifahi qaydada verdiyiniz borc pulu gələcəkdə məhkəmə qaydasında tələb edəcəyiniz halda, borcun həqiqətən və hansı məbləğdə verildiyini sübut etməlisiniz. Müqavilə olmadığı halda, məhkəmədə borcun verildiyini sübut etmək çətinlik yaradır. Belə ki, mövcud qanunvericiliyə əsasən, məhkəmədə borcun verilməsini sübut etmək öhdəliyi borc verən şəxsin üzərinə düşür. Şifahi qaydada verilmiş borcun sübut edilməsi isə müəyyən çətinliklər yaradır (məhkəməyə şahidlər cəlb etmək, digər sübutlarla borcun verildiyini sübut etmək).
Gələcəkdə borcun geri qaytarılmasını asanlaşdırmaq baxımından, verilən borc məbləğindən asılı olmayaraq, borc müqaviləsinin yazılı şəkildə notariusda təsdiq etdirmək daha məqsədəuyğundur.
Mülki məcəlləyə edilmiş digər dəyişikliyə əsasən, məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır»(fins.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi