25-06-2016 [19:57]
Zəlimxan Məmmədlinin sədri olduğu "Borçalı" İctimai Cəmiyyəti bu gün bəyanat yayıb.
Bəyanatda deyilir:
"Borçalı” İctimai Cəmiyyəti 2009-cu ildən indiyə kimi kifayət qədər uğurlu yol qət etmiş, qarşısına qoyduğu hədəflərə əsasən nail olmuşdur. Azərbaycan Respublikası və Gürcüstan qanunvericiliyi və Beynəlxalq hüquqauyğun fəaliyyət göstərmiş, bir sıra vacib layihələr hazırlayaraq müvafiq dövlət orqanlarına təqdim olunmuş, soydaşlarımızın problemləri ictimailəşmişdir.
Fəaliyyəti müddətində 7 "Borçalı türklərinin Elat mədəniyyət günü” -”Elat bayramı, 50 "Dədə Camal Məclisi”, 5 Koordinasiya Şurası, 8 ümumi yığıncaq(konfrans), 12 elmi-nəzəri konfrans, 8 mətbuat konfransı,İdarə Heyətinin isə 100-dən çox iclası keçirilmiş,müşahidələr(monitorinqlər) təşkil etmişdir. Toponimlər, milli məktəblər, torpaq islahatları, miqrasiya problemləri, soydaşlarımızın Azərbaycan bazarlarına maneəsiz daxil olması, gömrük rüsumlarının azaldılması, soydaşlarımızdan Azərbaycanda təhsil alan tələbələr və Gürcüstana dönən gənc mütəxəssislərlə bağlı problemlər daim diqqət mərkəzində saxlanılmışdır. Soydaşlarımızın məskunlaşdığı yerlərdə yeni iş yerlərinin yaradılması, səmərəli investisiya siyasəti, bölgədə özəl və dövlət ali təhsil müəssisələrinin vacibliyi ilə bağlı təkliflər də müvafiq qurumlara təqdim olunmuş, ictimai diqqət bu problemlərin həllinə yönəlmişdir.
"Borçalı” İctimai Cəmiyyətinin mühüm fəaliyyət istiqamətlərindən biri də Borçalı türklərinin türk dünyasına və Avropaya tanıtmaqdan ibarət olmuşdur.Cəmiyyət Türkiyə və Avropa türk dərnəkləri, xüsusilə Avropa Türk Konfederasiyası, Borçalı türklərinin sıx mıskunlaşdığı Sulduzun da olduğu Güney Azərbaycanla əlaqələri davam etməkdədir.
"Borçalı” Ictimai Cəmiyyətinin 28 may 2016-cı ildə növbəti 8-ci konfransı (ümumi yığıncaq) yüksək səviyyədə keçirilmiş, yeni İdarə Heyəti və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Təəssüflər olsn ki, ümumi yığıncaqdan sonra bəzi mətbu orqanlarda təşkilatın nüfuzunu aşağılamaq, təşkilatı süni şəkildə qovğalara sövq etmək, parçalanmış obrazını yaratmaq məqsədi daşıyan, sədrin istefası və növbədənkənar konfransın çağrılması haqqında əksəriyyəti "Borçalı İctimai Cəmiyyətinin üzvü olmayan şəxslərin bəyanatı dərc olunmuşdur. Eyni zamanda Cəmiyyətin adından müəyyən qurumlara heç bir fakta söykənməyən, millətimizin etik-əxlaqi dünyagörüşünə zidd olaraq müraciət ünvanladıqları haqqında bilgilər daxil olmaqdadır. Bəziləri isə vətəndaş və eloğluluq məsuliyyətinə yaraşmayan tərzdə yaşlı nəsil nümayəndələrini aldadaraq bu çirkli oyuna qoşmağa səy göstərməkdədirlər.
"Borçalı” İctimai Cəmiyyəti bəyan edir ki, bəyanatda əks olunan bəndlərinin heç bir fakta söykənən əsası yoxdur, "qara piar"dan və Elat bayramı qabağı ictimai rəyi çaşdırmağa, sədrin nüfuzunu aşağılamağa, onun haqqında həyasızcasına, yalnız düşmən əlinə sərf edən separatçı obrazı yaratmağa hesablanan, maraqlı mərkəzlər tərəfindən dövriyyəyə buraxılan təxribatdan başqa bir şey deyildir.
İndi isə "Borçalı” İctimai Cəmiyyəti adından mövcud qanunlara sayğısızlıq göstərərək, heç kim tərəfindən səlahiyyət verilmədiyi halda toplantı keçirmək, təşəbbüs qrupu yaratmaq, 1993-cü ildən təşkilatla əlaqəsi olmayan bəzi şəxslər sui-istifadə cəhdi edərək, özlərinin də etiraf etdiyi kimi bəzi məsuliyyətsiz "yuxarıların” alətinə çevrilməkdədirlər. Borçalı İctimai Cəmiyyəti İdarə Heyəti bu toplantı və təşəbbüslərin heç bir hüquqi əsası olmadığını bəyan etməklə, bu oyuna rəvac verənləri məsuliyyətə dəvət edir, "Borçalı” İctimai Cəmiyyətinin nüfuzuna xələl gətirməməyə, "Borçalı” Cəmiyyətinin süni şəkildə parçalanmış imicini yaratma cəhdindən əl çəkməyə, insanları aldatmamağa, Azərbaycan qanunlarına sayğılı olmağa dəvət edir.
"Borçalı” Cəmiyyətinin İdarə Heyəti bir daha bəyan edir ki, Cəmiyyəti monolit təşkilat olaraq bundan sonra da Gürcüstanın ərazi bütövlüyü çərçivəsində, etnik separatizmi birmənalı rədd edərək, soydaşlaımızın vətəndaş hüquqlarının təmini, tarixi toponimlərin bərpası, soydaşlarımızla gürcü cəmiyyətinin qarşılıqlı inteqrasiyası, soydaşlarımızın Beynəlxalq hüquqda ehtiva olunan, insan hüquqlarının təmin olunmasına yardımçı olan layihələrini həyata keçirməkdə davamlı olacaqdır".
Açıqlamada o da qeyd olunur ki, bu bəyanat 17 iyun 2016-cı il tarixində qəbul olunmuş, ancaq ictimaiyyətə xoşməram naminə təqdim olunmamış, bu işə rəvac verənlərin məsuliyyətli davranışlarına ümid etmişdir. Təəssüf ki, Qanunlara hörmət göstərmədən, şəxsi maraqları naminə "Borçalı” İctimai Cəmiyyətinə qarşı məsuliyyətsiz davranışların davam etdiyi səbəbindən bəyanatın yayılması məqsədə uyğun hesab olunmuşdur.
Onu da qeyd edək ki, bu gün cəmiyyətin "üsyançı" tərəfi BMM-də toplanaraq sədr Zəlimxan Məmmədlinin postundan uzaqlaşdırıldığını, yerinə isə Kərəm Məmmədovun seçildiyini açıqlayıblar.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi