Avropada baş verən çöküş manata necə təsir edəcək? - Mərkəzi Bankdan açıqlama

img

24-06-2016 [18:58]


"Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında "Brexit”lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır”.

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir(Trend).

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA