Nazirlikdə xüsusi komissiya yaradıldı - Xəstənin sağlam ayağının kəsilməsi ilə bağlı

img

24-06-2016 [16:07]


Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. 

Eyni zamanda, məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır: "Həm Səhiyyə Nazirliyinin tibbi ekspertizasının, həm də hüquq-mühafizə orqanının araşdırmasının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, Tərlan Əliyevanın sol ayağının kəsilməsi üçün diaqnoz qoyulub. Lakin xəstəxananın cərrah həkimi Valeh Kərimov xəstənin səhvən sağ ayağını kəsib.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA