24-06-2016 [14:45]
Son bir ayda Ağdaş rayon Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar peyda olub.
Kənd sakinlərinin verdiyi məlumata görə, qeyri-adi varlıqlar bu gecə yenidən görünüblər. Hətta onları görən bir qadın özündən gedib. Qəribə varlıqlar yenə də həyətlərə girərək gəziblər.
Sakinlərin sözlərinə görə, üzü saqqallı və çox hündür olan bu varlıqları tutmaq üçün polis bu gecə kənddə əməliyyat keçirəcək. Kənd sakinlərinə axşam 22:00-dan sonra küçəyə çıxmamaq tapşırılıb.
Kəndin icra nümayəndəsi Habil Əhmədov bildirib ki, bununla bağlı artıq polis kəndi tam nəzarətə götürüb:
"Kənd sakinlərindən ibarət könüllülər və polisdən ibarət qruplar kəndin giriş və çıxışlarında postlar qurub. Bu gecə onları tutmağa çalışacaqlar”.
Ağdaşdakı hadisəni şərh edən parapsixoloq Firudin Qurbansoy deyib ki, həmin varlıqlar şər qüvvələrdir və onları ancaq "gözü açıq” adamlar görə bilir: "İnsan gözü nə mələk, nə də şər qüvvələri görə bilir. Bu varlıqları görmək üçün insan "gözü açıq” olmalıdır. Bunları hər kəs görsə, insanlar qorxuya düşər. Çünki hər kəsin ruhu güclü olmur, zəif xarakterli insanlar da var. Namaz qılan, batini gözü açıq olanlar onları görür”.
Birdən-birə kənd sakinlərinin bu varlıqları görmə səbəbinə gəldikdə, F.Qurbansoy hesab edir ki, bu, kənddə baş verən hansısa pis əməlin nəticəsidir: "Onlar şər qüvvələr olan yerlərə gəlirlər. Ola bilər ki, həmin kənddə kimsə Allaha xoş olmayan işlərlə məşğul olub. Ona görə də həmin kəndə gəliblər. Həmin kəndə gələrkən başqa yerlərdən də keçirlər. Digər kəndlərdə də görünmələri bununla bağlıdır. Əqidəsi zəif olanlar onlardan qorxurlar. Qorxu nə qədər çox olarsa, həmin varlıqlar da orada daha çox qalırlar. İbadət, dua olan yerdə isə qala bilmirlər. Kənd sakinləri dua, ibadət etsinlər. Bununla da onları kənddən uzaqlaşdıra bilərlər”.
Kənd sakinləri və polisin post qurub onları tutmağa çalışmasına münasibət bildirən F.Qurbansoy bunun real olmadığını deyib: "Polis onları necə tuta bilər? O normal insan deyil ki, güllə atasan yaralana. Əksinə, polislər özləri dəli olar. Çünki onlar ruhi qanunlarla yaşayan şər qüvvələrdir”.
Publika.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi