24-06-2016 [14:15]
Millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla arasında yaşanan növbəti gərginliyə münasibət bildirib.
Deputat bildirib ki, fikir toqquşmasının yaşanması üçün onun tərəfindən heç bir səbəb yoxdur:
"Qərəzlilik nümayiş etdirmək və kiməsə hörmətsizlik etmək şakərində deyiləm. Parlamentdə nizam-intizama, ədəb-ərkəna riayət edən insanlardan biri olmuşam. Bütün dövr ərzində bircə dəfə də olsa, hətta statistika naminə belə, kiminləsə münasibətlərimizdə hansısa təhqiramiz notların olduğunu internet resurslardan belə çıxarıb ortaya qoymaq olmaz. Şəxsimi tanıyanlar bilirlər ki, hər kəsin şərəf və ləyaqətinə hörmətlə yanaşmışam.
İndi də qanunvericiliyin müzakirəsi zamanı Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma tərəfdar olduğumu, bu addımın əhəmiyyətini vurğulayaraq, eyni zamanda hər bir ölkənin "tax free” sisteminin fərqli əsaslarla qurulduğunu qeyd etməyə çalışmışam. Mənim yerimdən danışmaq mövqeyim ondan qaynaqlanır ki, biz çıxışa yazılarkən belə, bəzən söz demək haqqını əldə edə bilmirik. Belə olan təqdirdə yerdən öz fikrimi bildirmişəm ki, parlament üzvünün də buna ixtiyarı var. Məclis diskussiya yeridir, fikirlər bölüşəndə bu ictimai maraqların xeyrinə işləyir. Parlament sükut yeri deyil”.
Millət vəkili spikerin göstərişi ilə İntizam Komissiyasına tapşırıq verilməsi və araşdırmaya başlanılmasına da münasibət bildirib: "Burada heç bir qeyri-adilik görmürəm. Hər kəs də şahiddir ki, mən heç kimə qarşı təhqir və ya daxili nizamnaməni pozan addımlara yol verməmişəm".
Hər iclas parlamentdə eyni ssenarinin təkrarlanmasına gəlincə, Z.Oruc bildirib ki, bu, parlamentin içərisində danışan şəxslərin taleyidir: "Kimsə fikir bildirmək istəyəcək, fəal diskussiya aparmaq istəyəcəksə, buna məruz qalacaq. Bunun təsadüf və ya məqsədli olması mənim tərəfimdən qaynaqlanmadığı üçün, yalnız parlament üzvü kimi öz mövqeyimi çatdırmaq istədiyimdən, başqa bir məqsədi hədəf etmədiyimdən bu suala cavab vermək mənim üçün çətindir”.
Qafqazinfo.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi