Aparat rəhbəri nazirin 1-ci müavini təyin edildi - Nazirlikdə ilginc gəlişmə

img

24-06-2016 [12:58]


Aparat rəhbəri Əli Abdullayev Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu. O, 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildənHərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib. Bəzi iddialara görə, məhz komitə sədri Kərəm Həsənovunn təqdimatı ilə o, nazirlikdə aparat rəhbəri təyin edilib.

Mia.az onu da bildirir ki, Ə.Abdullayev aparat rəhbəri təyin ediləndən bu yana nazirin birinnci müavini üçün ayrılan otaqda oturub. Hansı ki, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nazir əvəzi olandan sonra da məhz bu otaqda fəaliyyət göstərib. O, ancaq nazir təyinatından az sonra Əli Abbasovdan boşalan otağa köç edib. Hansı ki, yeni nazir yeni kabinetini tamamilə yenidən təmir etdirib. Bunun səbəbləri ilə bağlı səslənən ilginc iddialara isə nazirlik bu gündək aydınlıq gətirməkdən yayınıb. Halbuki, yayılan iddialarda Ramin Quluzadənin Əli Abbasovdan boşalan super təmirli xidməti kabinetdə "juçok" olma ehtimalından çəkindiyi deyilirdi..

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA