Yeni dərs ili nə vaxt başlayır? - Nazirlik tətil günlərini də açıqladı

img

23-06-2016 [19:42]


Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 2016-2017-ci dərs ili ərzində tətil günləri müəyyən edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti dərs ilində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq.

İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) veriləcək.

Bundan başqa, növbəti dərs ilində də ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr- 26 yanvar, ikinci yarımil isə 1 fevral- 14 iyun tarixlərini əhatə edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA