Usubov xeyli polis rəisini dəyişdi - Yeni təyinatlar

img

23-06-2016 [17:48]


Azərbaycan daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub.

Mia.az ANS-ə istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinə təyinat alıb.

Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinə göndərilib.

Faktlar müvafiq qurumlar tərəfindən öz təsdiqini tapıb.

Siyəzən Rayon Polis Şöbəsinin rəisi təyin edilən Valik Vəlimətov faktı təsdiq edib və bildirib ki, ona göstərilən etimadi doğrultmağa çalışacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA