23-06-2016 [17:31]
Cəmiyyətin Təhsil Nazirliyindən gözləntiləri, hələlik, özünü doğrultmur. Nazir Mikayıl Cabbarov indiyədək nazirliyin Mərkəzi aparatını, demək olar ki, qura bilməyib. Mərkəzi aparatda gözə çarpan əsas vəzifə müşavir vəzifəsidir.
Mikayıl Cabbarov nazir təyin olunandan indiyə kimi özünə 10-a yaxın müşavir təyin edib. Məsələn, müşavir vəzifəsi sonradan Sumqayıt Dövlət Universitetinə rektor təyin olunmuş Elxan Hüseynova düşdü. Nazir özünün ən yaxın adamı olan Hüseyn Əliyevi müşavir təyin etdikdən bir müddət sonra vəzifəsindən kənarlaşdırdı.
Samir Vəliyevi də Cabbarovun müəmmalı müşavirlərindən biri hesab etmək olar. O, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğludur. Böyük biznes imperiyasına malik olan Ə.Vəliyev oğlunu nazirlikdə yüksək nüfuza malik olan bir şəxsin vasitəsilə vəzifəyə yerləşdirə bilmişdi. Bu təyinatı Cabbarovun könülsüz etməsi barədə hamı danışır. Müşavir vəzifəsinə təyinatdan bir müddət sonra Cabbarov Samir Vəliyevi nazirlikdə "Peşə və orta ixtisas təhsili məktəbləri” sektoruna müdir təyin etdi. Burada da özünü doğrultmayan Vəliyevi, nazir vəzifəsindən kənarlaşdırıb özünə yenidən müşavir təyin etdi. Lakin "AzPolitika.info”ya mötəbər mənbədən daxil olan məlumata görə, Əhməd Vəliyev yenidən "gücünü” işə salıb, bugünlərdə oğlunu nazirliyin ən böyük idarələrinin birinə – Akkreditasiya və Nostrifikasiya İdarəsinə rəis müavini təyin etdirə bilib. Üstəlik də bu idarənin səlahiyyətlərinə daxil olan bütün işlər S.Vəliyevə həvalə olunub.
"Samir Vəlievi yaxşı tanıyanlar bilir ki, onun tamahı və qabiliyyətsizliyi nazirə başucalığı gətirməyəcək”, deyə mənbə saytımıza bildirib.
Təkcə bu faktın özü onu göstərir ki, Mikayıl Cabbarov təzyiqlərə tab gətirə bilmir. İşdə ciddi nöqsanlara yol verdiyinə görə töhmət almış Samir Vəliyevin, hətta vəzifəsini böyüdür.
Sual olunur: Universiteti, kolleci, orta məktəbləri olan oliqarx Əhməd Vəliyevin oğlunu nazirlikdə yerləşdirməkdə nə marağı var?
Onu naziri gözdən salmağa nə vadar edir?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi