Meriya Müsavata ?yox? dedi, partiya isə aksiya keçirməkdə israrlıdır

img

13-04-2010 [02:56]


Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamaya görə, BŞİH-nin bu cavabın qanunaziddir. Onun sözlərinə görə, icra hakimiyyəti qanunlara deyil, öz mülahizələrinə uyğun qərar verib. Müsavat yetkilisi onu da bildirib kiB BŞİH bu gün partiyaya göndərdiyi cavabda qeyd olunur, partiya yalnız 2008-ci ildə şəhər rəhbərliyi tərəfindən ayrılmış yerlərin birində kütləvi aksiya keçirə bilər, BŞİH-nin binası qarşısında aksiyanın keçirilməsinə icazə verilmir: ?Halbuki biz aksiya keçirmək üçün Bakfnfn bir sıra yerlərini istəmişdik. Bizim aksiyamızın tələbi sərbəst toplaşmaq azadlığının bərpa edilməsidir və bunu şəhər rəhbərliyindən tələb edirik. Biz Babiheybətdə aksiya keçirib Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələb irəli sürə bilmərik. Ona görə də şəhər rəhbərliyinin cavabı qanuna ziddir?. A.Hacılı aksiyaya icazə verilməməsinə baxmayaraq, sabah saat 12.00-da BŞİH-nin binası qarşısında aksiyanın keçiriləcəyini qeyd edib: ?Bakı Şəhər İcra Hakimiyyətindən fərqli olaraq öz mülahizələrimizə jdeyil, Konstitusiya və qunanlara söykənələrək aksiyamızı keçirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA