23-06-2016 [16:23]
Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Təhsil islahatlarına dəstək məqsədilə tələbə və valideynlər arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində növbəti tədbir keçirib.
İctimai Birliyin sədri Mütəllim Rəhimov tədbiri açaraq bildirib ki, təhsil sistemində aparılan islahatlar bəzi hallarda, xüsusilə də özəl ali məktəblərdə tələbələrə və valideynlərə düzgün izah edilmədiyindən onlar bu dəyişilmələrin mahiyyətini dərk edə bilmirlər. "Boloniya sisteminə qarşı münasibət isə bəzən belə bir yanlış fikir formalaşdırır ki, aparılan islahatlar təhsilalanların maraqlarını deyil, təhsil müəssisələrinin rəhbərlərinin mənafelərini qorumağa xidmət edir. Əslində isə belə deyil deyən M.Rəhimov bununla bağlı iştirakçılara geniş bilgilər verib.
Daha sonra çıxış edən Təhmasib Hüseynov tələbələrin Boloniya prosesi haqqında geniş məlumatlara malik olmadığına görə çoxsaylı problemlərlə qarşılaşdığını və hüquqlarının pozulduğunu dedi. O daha sonra diqqəti Boloniya sisteminin gətirdiyi üstünlüklərə yönəldib: "Ölkəmizdə bəzi özəl ali məktəblər Boloniya sisteminin gətirdiyi yenilikləri öz şəxsi maraqları prizmasından tətbiq edirlər ki, bu da bir çox hallarda prosesin həqiqi mahiyyətinə kölgə salır. Nəticədə tələbələrin təhsil hüquqları pozulur, onlar islahatların müsbət tərəflərindən bəhrələnə bilmir, əksinə islahatlar adı altında hüquqlarının pozulması halları ilə qarşılaşırlar. Bu da nəticə etibarilə onlarda islahatlara qarşı antipatiya yaradır, onları ruhdan salır, oxumağa, öyrənməyə marağını azaldır.” T.Hüseynov bu cür neqativ hallardan çıxış yollarının olduğunu qeyd edərək, onlardan bəziləri ilə bağlı konkret fikirlər də səsləndirdi.
Ekspert Səyavuş Qasımov isə bildirdi ki, cəmiyyətə belə bir yanlış fikir hakim kəsilməkdədir ki, Boloniya prosesi yalnız test sistemindən ibarətdir. Həm də bu testlər təhsilalanların dərindən savad almasına, biliklərə yiyələnməsinə yönəlməyib, ölkədə bilərəkdən savadsızlığın dərinləşməsinə xidmət edir. Buna görə də bir sıra hallarda geniş ictimaiyyət ölkədə aparılan təhsil islahatlarına dəstək verməkdənsə, onun qarşısında maneəyə çevrilir. İslahatların əleyhidarı kimi yanlış mövqe tutaraq son nəticədə aparılan zərurui işləri yubadır, nəticədə Azərbaycan təhsil sisteminin Avropa təhsilinə inteqrasiyasını ləngidir.
Sonra tədbirdə iştirak edən tələbə və valideynlər qarşılaşdıqları problemlər haqqında danışıblar. Onlar təhsil haqqı, təhsil krediti, sərbəst işlərin yerinə yetirilməsi, semestr ərzində fənn üzrə toplanılan ballarla bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün qanuni variantların mövcud olub-olmaması ilə maraqlanıblar və bununla bağlı suallar veriblər.
Sonda bir daha vurğulandı ki, Boloniya prosesinin həqiqi məzmun-mahiyyətini izah etmək, təhsil sistemində aparılan islahatların düzgün başa düşülməsini təmin etmək üçün sistemli iş aparılmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi