23-06-2016 [16:27]
Bu gün Dövlət Statistika Komitəsində dövlət qulluqçularının peşə bayramına həsr olunan tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilk öncə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlif olunan Komitənin 5 əməkdaşını təbrik edib.
Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə gördüyü işlərin nəticəsi olaraq dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul olunduğunu və "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışlarının gündəmə gəldiyini xatırladıb. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəldilib. Nəticədə ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılıb. Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən "Dövlət qulluğu haqqında” Qanundur. Həmin tarixdən etibarən dövlət idarəetmə orqanlarında çalışanlar dövlət qulluqçusu adlandırılıblar. Dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və kadr siyasətinin əsas prinsiplərini müəyyənləşdirən bu Qanun Avropa İttifaqına daxil olan dövlətlərin tətbiq etdikləri prinsiplərə uyğundur.
Qeyd olunub ki, bu gün ümummilli liderin siyasi kursu və mükəmməl dövlətçilik məktəbi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Dövlət başçısının rəhbərliyi ilə müasir dünyada qəbul edilən dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu siyasəti həyata keçirilir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsidir. Həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında mühüm rol oynayır.
Dövlət Statistika Komitəsi Aparat rəhbərinin müavini Xosrov Əbdürəhmanov Azərbaycanda dövlət qulluğunun yaranması və formalaşdırılması mövzusunda çıxış edib.
Toplantıda komitənin bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar və mükafatlar təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi