İcra başçısı fərqlənən məmurlara mükafat verdi - FOTO

img

23-06-2016 [15:31]


Bu gün dövlət qulluqçularının peşə bayramı günü Lənkəranda qeyd edilib.

Lənkəran İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bütün dövlət qulluqçularına təbriklərini çatdırıb və deyib ki, bu gün müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində dövlət qulluqçuları fəal mövqe nümayiş etdirərək Vətənə, cəmiyyətə layiqincə xidmət göstərirlər. Daha sonra icra başçısı hazırda Lənkəranda sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin hökm sürdüyünü, İcra Aparatında və digər müəssisələrdə çalışan dövlət qulluqçularının öz peşələrinə sədaqətli olduqlarını vurğulayıb.

Sonra Lənkəran ŞİH başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin məruzəsi dinlənilib.

Sonda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Lənkəran ŞİH-nin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA