23-06-2016 [14:44]
Texniki baxışdan vaxtından keçməyən nəqliyyat vasitələrinin cərimə edilməsi ilə bağlı reydlər keçirilir.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, yol polisi əməkdaşları saxlanılmış nəqliyyat vasitələrinin texniki baxışdan keçib-keçməməsini sənədləşdirirlər: "Son bir sutka ərzində artıq 65 avtomobilin sahibi texniki baxışdan vaxtında keçmədiyinə görə qanunvericiliyə uyğun qaydada inzibati məsuliyyətə cəlb olunub".
V.Əsədov qeyd edib ki, bu barədə avtomobil sahiblərinə hər il dəfələrlə məlumat verilməsinə baxmayaraq, hələ də nəqliyyat vasitələrini vaxtında texniki baxışdan keçirməyənlər var:
"Bildirmişdik ki, mayın 1-dək Rusiya istehsalı olan bütün avtomobillərin texniki baxışdan keçmə müddəti idi və bunu təmin etməyənlər məsuliyyətə cəlb ediləcəklər. Artıq iyun ayının sonudur. Son bir gündə artıq qeyd etdiyim sayda texniki baxışdan keçirilməyən avtomobil aşkar olunub. Reydlər paytaxtın inzibati ərazisi üzrə davam etdirilir. Hazırda isə Avropa ölkələrində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə vaxtıdır. Bunu etmək vacibdir, yol hərəkətində istismar edilən bütün nəqliyyat vasitələri mütləq texniki baxışdan keçməlidir. Bir daha xatırladıram ki, avtomobillər qeydiyyatdan keçib dövlət nömrə nişanı alandan sonra, istehsalçı zavodun buraxdığı ildən sonrakı 4 il müddətində texniki baxışdan keçmir. 5-ci ildən sonra texniki baxışdan keçməklə ilaşırı 10 il ərzində bunu təmin etməlidir. 10 ildən sonra isə avtomobillər hər il texniki baxışdan keçirilməlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi