Fazil Məmmədovdan daha bir dəyişiklik: - Təyinat

img

23-06-2016 [14:35]


Vergilər Nazirliyində yeni kadr təyinatı baş verib.

Kiçik vergi xidməti müşaviri Yeganə Nəsir qızı Balakişiyeva Vergilər Nazirliyi Hüquq Baş İdarəsinə rəis təyin edilib(report).

Qeyd edək ki, həmin İdarənin rəis müavini olan Y.Balakişiyeva bu vaxta qədər həmin vəzifəni müvəqqəti icra edib.

Xatırladaq ki, Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin keçmiş rəisi Zeynalabdin Yunsur oğlu Məmmədzadə Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinə rəis təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA