?Oğlumu zikəst ediblər, sonra da üzr istəməyimizi, üstəlik 50 min manat verməyimizi tələb edirlər?

img

13-04-2010 [01:59]


Bu gün Media Mərkəzində hərbi xidmət zamanı başından albığı zərbə nəticəsində şikəst olan siravi əsgər Bəşirov Əkbərin hazırkı durumu ilə bağlı mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda çıxış edən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Ğərkəzinin direktoru Ələkbər Məmmədov qeyd edib ki, Bəşirov Əkbər hərbi xidmət zamanı siravi əsgər olub: ?O başına aldığı zərbə nəticəsində ciddi ziyan çəkib. Hazırda başının sağ tərəfi işləmir. Koma vəziyyətində 17 gün qalıb. Bununla əlaqədar dövlət aidiyatı orqanlarına müraciət edib. Buna baxmayaraq heç kim nə şikayət ərizəsinə baxıb, nə də bu məsələyə ciddi yanaşıb. Birinci mətbuat konfransından sonra biz şikayətləri və mətbuatın yazdıqlarını göndərdik ki, bəlkə Xanlar Vəliyev başda olmaqla, digər aidiyatı orqanlar bu məsələ ilə maraqlanar. Lakin Bəşirov Əkbəri, atasını gizir Pərman Hüseynov, Arzu Quliyev və Qobustandakı hərbi hissədən polkovnik-leytenant Rasim Həsənov məhkəməyə veriblər. 50 min manat dəyərində kompensassiya istəyiblər. DJeyirlər ki, siz mətbuat konfransı keçirib bizə şər və böhtan atmısınız. Sizin oğlunuz yıxılıb zərdə alıb. 14 aprel Neftçala rayon məhkəməsində mülki qaydada baxış olacaq. Bəşirov Əkbərin etibarnamə ilə nümayəndələri Bayram və Telman Əbilov iştirak edəcək. Mən belə məsləhət gödüm ki, qarşılıqlı iddia ərizəsi verilsin ki, Bəşirov Əkbər şıkəst edilib?. Zərərçəkənin anası Şükufə xanım qeyd edib ki, məhkəmədə onlara bildiriblər ki, guya mətbut konfransı keçirib böhtan atdıqlarına görə onlardan üzr istəyib 50 min dəyərində vəsait ödəməliyik: ?Mən cavab olaraq sikayətimi götürməyəcəyimi və davam etdirəcəyimi bildirdim. O vaxta qədər ki, cinayətkar öz cəzasına çatacaq. Oğlumu şikəst ediblər, sonra da üzr istəməyimizi, üstəlik 50 min manat verməyimizi tələb edirlər?. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA