DİN-in idarə rəisi vəzifəsinə təyinat olub? - Nazirlikdən reaksiya

img

23-06-2016 [10:42]


Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

Mia.az report-a istinadən xəbər verir ki, polis polkovniki Əkbər İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Ə.İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, DİN-in Baş Cinayət Axtarış İdarəsinin əvvəlki rəisi polis general-mayoru Emin Şəkinski olub. O, keçən həftə vəzifəsindən azad edilərək DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

**** 

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyinat olmayıb.

DİN-in mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi KİV-də Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə olan xəbər həqiqəti əks elətdirmir: "Əkbər İsmayılov hal-hazırda Sumqayıt şəhər Polis İdarəsinin rəisidir və vəzifəsini icra edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA