Kəmaləddin Heydərovdan xəbər var - Qəbul qrafiki

img

22-06-2016 [17:15]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 24-də saat 11:00-da nazirliyin Gəncə Regional Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinləri, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacağı qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 23-də saat 09.00-da Gəncə Regional Mərkəzində (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 110) başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənədləri təqdim etməlidirlər. Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA