22-06-2016 [16:24]
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri Varşava ola bilər.
Bu haqda Ermənistan KİV-də məlumat yayılıb. Məlumata görə, iyulun əvvəlində Polşanın paytaxtında NATO-nun sammiti keçiriləcək.
Bu tədbiri alyansın baş katibi Stoltenberq artıq təşkilatın tarixində bir dönüş kimi qiymətləndirib. Sammitdə Rusiyanın alyansa ciddi təhlükə olduğu və NATO-un Qara dənizdə hərbi potensialı artırması haqda elan veriləcəyi gözlənilir.
NATO-nun Nyu-Portda keçirilən sonuncu sammitinə İlham Əliyev və Serj Sarkisyanın dəvət olunması və burada ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin həll olunmasına dair danışıqlar çərçivəsində prezidentlərin görüşməsi növbəti görüşün Varşavada baş tuta biləcəyi ehtimalını artırır. 2014-cü ildə Nyu-Portda Qərb tərəfləri gərginliyin aradan qaldırılması üçün səylərini əsirgəməməyə çağırmışdı.
Diqqət çəkən məqamlardan biri bu görüşdən əvvəl Vladimir Putinin təşəbbüsü ilə Soçidə Əliyev və Sarkisyanın iştirakı ilə 3 tərəfli görüşün təşkil olunması idi. O zaman Putin problemin həll olunması üçün 3 ölkə arasında mövcud olan tarixi münasibətlərdən istifadə olunmasını vacib hesab etdiyini bildirmişdi. Soçidəki görüş ATƏT-siz keçirilmişdi. Ondan sonra daha bir görüş Fransada baş tutumuşdu.
Bu dəfə də Sankt-Peterburqda Vladimir Putinin tarixi münasibətləri yada salması tarixin təkrarlana biləcəyini güman etməyə əsas verir.
Prezident Administrasiyasının sabiq əməkdaşı, politoloq Tofiq Abbasov hesab edir ki, Varşavada İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün baş tutması real görünür. Onun sözlərinə görə, Qərb və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi məsələsində sərt rəqabət gedir.
"Qərb ölkələri son zamanlar bu məsələyə bir az dözümlü yanaşaraq Rusiyanın bu işdə təşəbbüsünü dəstəklədi. İndi isə Vaşinqton və Moskva arasında bu rəqabət yeni bir məna almağa başlayıb. Burada qlobal baxımdan söhbət kimin daha vacib və güclü, son söz sahibi olmasından gedir. Bu baxımdan ABŞ dünyada baş verən heç bir prosesdən geri qalmaq, o cümlədən Qarabağ məsələsində də birinciliyi əldən vermək istəmir. Bu baxımdan NATO-un Varşavada keçiriləcək sammitində qərb ölkələrinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı və prezidentlərin görüşəcəyi realdır".
Prezidentlərin son görüşü iyunun 20-si Sankt-Peterburqda keçirilib. Burada Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla təkbətək görüşü, daha sonra dövlət başçılarının üç tərəfli görüşü baş tutub.
Anspress.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi