“Azercell”dən yay mövsümündə vahid rouminq tarifləri - Bu kodu yığın!

img

22-06-2016 [15:39]


"Azercell Telekom” yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün yenilik təqdim edir.

İyunun 21-dən avqustun 31-dək "Azercell”in abunəçiləri rouminq xidməti çərçivəsində Türkiyə, Avstriya, Belarus, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Portuqaliya və İspaniyada vahid rouminq tariflərindən yararlana bilərlər.

Qeyd olunub ki, rouminqdə olan Azercell Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. "Azercell”, həmçinin, fakturalı xətt abunəçilərinə rouminq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün "Azercell” abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rouminq xidmətlərini aktiv edə bilərlər.

Rouminq xidmətini aktiv etmək üçün isə mobil telefonlardan *135*1#YES kodunu yığmaq lazımdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA