22-06-2016 [15:20]
"Adətən ciddi siyasətçilər seçkiyə ciddi yanaşırlar. Yəni namizədliklərini verdikləri dairədə əvvəlcədən araşdırma aparır ki, seçilə bilər və ya bilməz, seçicilər onu tanıyır ya tanımır. Qeyri-ciddi siyasətçilər isə elə hansı dairə boşaldı, orda namizədliyini verir ki, tutar tutar, tutmaz da şər böhtana əl atsın, seçkiyə kölgə salsın, ləkə yaxsın, məğlubiyyətini səs küy salmaqla ört-basdır etsin”.
Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisə Ağdaşdan təkrar keçirilən seçkilərlə bağlı namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin ittihamlarına cavab verərkən deyib.
S. Novruzov bildirib ki, Ağdaşdan YAP-ın namizədi qalib gəlib, bunun da kifayət qədər əsası var: "Orda YAP-ı kifayət qədər dəstəkləyən insanlar var. Ölkədə gedən siyasətin nəticəsi olaraq YAP-ı əhalinin böyük əksəriyyəti dəstəkləyir. Biz bütün seçkilərdə bunun şahidiyik”.
İ. Ağazadənin ona qarşı səsləndirdiyi fikirlərə cavab olaraq S. Novruzov qeyd edib ki, seçkini kənara qoyub, etikadan kənar fikirlər səsləndirmək hər insanın özünün xislətindən və siyasi oriyentasiyasından xəbər verir:
"İqbal Ağazadə 2002-ci ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur. Prokurorluq orqanlarında onun öz silahdaşları və həmfikirlərinin əleyhinə yazdığı kifayət qədər izahat var. Lazım olsa, çıxarıb, mətbuata təqdim edəcəyik”.
Qeyd edək ki, İqbal Ağazadə "Yeni Müsavat" qəzetinə açıqlamasında seçkinin nəticəsinə etiraz olaraq YAP və xüsusilə Siyavuş Novruzov barəsində sərt ifadələr işlədib: "Siyavuş Novruzovun seçkidən xəbəri yoxdur. Siyavuş Novruzova nə deyə bilərəm ki..? Adam hələ "molotov kokteyli” ilə kotleti ayıra bilmir. Seçki ilə bağlı Siyavuş Novruzovun düşüncəsi bu qədərdir. Ondan o tərəfə deyil. Ümumi seçkilərlə bağlı mövqeyimizi ifadə etmişik. Kifayət qədər də faktlarımızı mətbuatda sadalamışıq. Siyavuş Novruzov təəssüf ki, hər şeyə ironik yanaşır. Hesab edir ki, bu yanaşma hər zaman doğru olur. Onun yanaşmalarından belə çıxır ki, bu adamın ümumiyyətlə, seçkidən xəbəri yoxdur. Və seçki haqqında heç bir məlumata sahib deyil”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi