22-06-2016 [15:13]
Yeni tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılmasıyla bağlı problemlər mətbuatın manşetindən düşmür.
Paytaxtda yüzlərlə şəxs ev dəllallarının, tikinti şirkətlərinin dələduzluqlarının qurbanına çevrilib. Bu məsələlərlə bağlı Azərbaycan məhkəmələrində saysız-hesabsız proseslər davam edir.
200 saylı MTK-da qeydə alınan dələduzluğa isə məhkəmə hakimləri də qoşulub.
AzNews.az xəbər verir ki, MTK-nın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 60-da yerləşən binasından mənzil alan 4 ailə məhkəmənin heç bir məntiqə sığmayan qərarıyla evindən çıxarılır. Bu barədə saytımıza həmin mənzillərdən birinin sahibi olan Fuad Hüseynzadə məlumat verib.
O bildirib ki, 2007-ci ilin iyun ayının 25-də sözügedən binanın 66 nömrəli mənzilini alıb. Mənzil üçün MTK-ya 48 800 manat pul ödəyib və sənəd alıb. Maliyyə problemi olduğundan evi hissə-hissə təmir edib və 2013-cü ildə ailəsi birlikdə evə köçüb: "Bu müddət ərzində isə mənzilin bütün kommunal xərcləri ödənib və qəbzlərimiz də var. Maliyyə arayışımız da var. Lakin birdən-birə bir nəfər çıxıb və deyir ki, bu mənzil mənimdir. Əlində də bir saxta müqaviləsi. Mən evi 2007-ci ilin iyulunda almışam, müqaviləm də o tarixədir. Mənim Mənzilimə iddialı olan adam isə müqaviləni məndən bir ay sonra – avqustda imzalayıb”.
F.Hüseynzadənin sözlərinə görə, eyni problemlə həmin binadan mənzil alan daha 3 ailə də qarşılaşıb:"Biz 4 ailə hər birimiz onlardan qabaq, müxtəlif tarixlərdə almışıq. Onlar isə hamısı bizdən sonra və eyni gündə alıblar. Elə saxtakarlıq olduğu, dələduzluq edildiyi buradan bilinir”.
Fuad Hüseynzadə
Ailələr məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib. 2014-cü ilin oktyabrın 3-də keçirilən ilk instansiya məhkəməsi mənzildə yaşayan ailələrin xeyrinə qərar çıxarıb. Mənzilə iddialı olan şəxslər isə qərardan apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. İş Ali Məhkəməyə gedib. Ali Məhkəmə isə işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb. Apellyasiya Məhkəməsi isə mənzildə yaşayan ailələrə məxsus sənədlərdəki möhürün saxta olduğunu bildirib və iddialı şəxslərin xeyrinə qərar çıxarıb. Ali Məhkəmə də sözügedən qərarı qüvvədə saxlayıb.
İşlə bağlı istintaq aparılıb və 200 saylı MTK-nın sədri Etibar Fərzəliyev həbs edilib.
Bundan sonra həmin 4 ailənin mənzilləri boşaldılması barədə qərar qəbul edilib:"Məhkəmə icraçıları gəldilər və məhkəmə qərarıyla evdən çıxmağımızı tələb edirlər. Mən bu evə öz qiymətindən əlavə, 33 min də təmir pulu qoymuşam. 2007-ci ildən 2013-cü ilə kimi heç yox idilər, indi gəliblər ki, ev bizimdir. Bu qədər də saxtakarlıq olmaz axı. Biz birinci və ikinci məhkəmə instansiyalarını udmuşduq. Hakimlər iddiaçılara açıq şəkildə bildirirdilər ki, siz camaatı şantaj edirsiniz. Sonra həmin adamlar məhkəməyə yol tapdılar. Hakimlər açıq şəkildə bizə bildirirlər ki, siz düz deyirsiniz, ev sizindir, amma qərar başqa cür verilir. Mən həkim adamam, həmişə qanunlara sayqıyla yanaşmışam. Ölkəmizin hüquqi dövlət olmasına inanaraq, Türkiyədə təhsil almağıma baxmayaraq, öz ölkəmdə, öz vətəndaşlarımıza xidmət etməyi üstün tutmuşam. Burada isə halal zəhmətimlə, min bir əzabla aldığım evi əlimdən alırlar. Mən bütün sənədlərlə, şahidlərlə haqlı olduğumu göstərirəm, amma hakimlər hansısa maraqlarına görə açıq şəkildə dələduzluq etdiyi görünən şəxslərin xeyrinə qərar qəbul edir. Qalmışıq biçarə!”.
Dadaş Bünyadzadə keçəsi 60-dakı binadan ev alaraq dələduzluqla üzləşən ailələrin siyahısını təqdim edirik:
Mənzil 2 - Həsənov Namiq;
Mənzil 37 - Bəşirova Məmləkət;
Mənzil 54 - Ağaməmmədov Elman
Mənzil 66 - Xədicə Hüseynzadə(redaksiyamıza şikayət edən Fuad Həsənzadənin həyat yoldaşı).
AzNews.az-ın araşdırması nəticəsində məlum olub ki, sözügedən binanın 2-ci mənzilinə sahib olan şəxs Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənovdur. Məhkəmə onun da mənzilinin əlindən alınması barədə qərar çıxarıb.








Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi