Rektordan kəskin qərar və 300 minlik borc

img

22-06-2016 [14:51]


Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin bu təhsil ocağına 300 min manat borcu var.

Bu barədə universitetin rektoru, professor Havar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında ödənişini ödəyə bilməyən tələbələr imtahan sessiyasına buraxılsa da, hazırda tədris ilinin sonu olduğu üçün qaydalar bir qədər sərtləşdirilib: "Biz özümüz-özümüzü maliyyələşdiririk. AzTU-da tələbələrin 37 faizi dövlət sifarişi ilə təhsil alır. Qalan 63 faiz tələbə öz hesabına oxuyur. Onlar təhsil haqqını ödəmədikdə müəllimlərin əmək haqqının verilməsində problemlər yaranır”.

Qeyd edək ki, AzTU-da 9 600 tələbə təhsil alır. (Report)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA