22-06-2016 [13:35]
Salyanda xəstəxanada yeni dünyaya gələn üçəmlərdən ikisinin ölməsi və bunun elektrik enerjisinin kəsilməsi ilə əlaqələndirilməsi ölkə gündəmini zəbt edib.
Bunu səbəb kimi gətirənlərə Səhiyyə Nazirliyi informasiyanın yalan və işığın kəsilməsi ilə heç bir əlaqəsi olmadığıni açıqlayıb.
Hadisə Salyan mərkəzi xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Salyan şəhəri, Həsən Məmmədov küçəsi ev 6-da yaşayan 21 yaşlı Mirzabitə Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. Axşam saat 22:15 radələrində ana hər biri oğlan olmaqla üçəm körpə dünyaya gətirib. Aralarında 5 dəqiqə vaxtla keçən doğuş normal başa çatıb. Yaxınlarının iddia etdiklərinə görə, uşaqlar dünyaya gəldikdən 30 dəqiqə sonra işıqlar söndürülüb. O vaxta kimi körpələrin səhhətində heç bir problem olmayıb. İşıqlar söndürüldükdən sonra doğuş şəbəsində generatorlar yandırılmadığından üçəm uşaqlardan ikisi hava çatışmazlığından küveyzdə boğularaq ölüb. Bunu ölən körpələrin doğmaları deyir.
Şəlalə Abdullayeva - körpələrin nənəsi: "Tibb bacısına dedim ki, bu uşaq qusur. Uşaqlar öləcək. Dedi ki, get işıq idarəsinə zəng et, bizlik deyil. Məndə gecə vaxtı işıq idarəsinin nömrəsini haradan tapım axı. Bəs işıq yoxdursa, xəstəxanada generator niyə yoxdur?”.
Ölən körpələrin yaxınlarının dediyinə görə, işıqlar sönsə belə generatorlardan istifadə edilməklə vəziyyətdən çıxmaq olardı. Lakin ötən gecə generator yandırılmayıb, hətta doğum şöbəsində onlara məhəl qoyan olmayıb.
Şəlalə Abdullayeva - körpələrin nənəsi: "İradə həkim mənə deyir ki, sənin nəvələrinin ölüsünü vermirəm. Soruşanda ki, nəyə görə vermirsən, deyir ki, sən şikayətini çəkməmiş mən sənə uşaqların meyitlərin verməyəcəm. Mən uşaqları aparıb basdıra bilmirəm.”
Məsələyə aydınlıq gətirmək üçün Salyan Mərkəzi Xəstəxanasının doğum şöbəsində olduq. Şöbə müdiri İradə Səlimova kamera qarşısında müsahibə verməkdən imtina etdi. Şifahi olaraq bildirildi ki, körpələr dünyaya gələn zaman səhhətlərində problem olub. İki körpə işıqlar sönməmişdən əvvəl dünyasını dəyişib. Digərinin isə vəziyyəti ağır olaraq qalır.
Bildirək ki, məsələyə Səhiyyə Nazirliyindən də münasibət bildirilib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 31 həftəlik hamiləlikdən dünyaya gələn üçəmlərin çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da vəfat edib. Onun sözlərinə görə, rayonda işıqlar 01:30-da sönüb. Elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyatı olmadığını deyən Səfayə Əhmədova həmçinin qeyd edib ki, xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var. Hansı tərəfin haqlı olub-olmadığı rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.
Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.
Eyni zamanda cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək (Region TV).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi