Hökumət kreditlərlə bağlı qərar verdi: - Yeni qaydalar

img

22-06-2016 [11:35]


Azərbaycan Nazirlər Kabineti "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişiklik edib.

Nazirlər Kabinetindən mia.az-a verilən məlumata görə, kredit sistemi işlə tədrisin təşkili qaydaları həm də Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə şamil edilir.

Dəyişikliklərə əsasən, professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların, praktik məşğələlərin, laboratoriya işlərinin keçirilməsi) həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında arasında xüsusi razılıq əsasında həyata keçirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA