22-06-2016 [11:35]
"Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inanıram. Bəli, söhbət heç dəmərhələli sülhdən getmir".
Mia.az xəbər verir ki, bu sözlər millət vəkili Zahid Orucun Axar.az verdiyi açıqlamada yer alır.
Deputat Sankt-Peterburq görüşü ilə bağlı çox mühüm məxfi detalları açıqlayıb:
"Qarabağ danışıqları heç zaman region və kənar dövlətlər tərəfindən indiki qədər böyük diqqət və marağa səbəb olmamışdı. Hər halda on illər ərzində işğala əsaslanan status-kvonu qoruyub saxlamaq məqsədilə çarın adını daşıyan şəhərə yollanan Sərkisyanın bir məqsədi, digər ölkələrinsə ayrı hesabı vardı. Elə isə Putin mühüm beynəlxalq forumun davamı olaraq iki ölkə başçısını Sankt-Peterburqa nə üçün dəvət etmişdi?
Onsuz da Lavrov vasitəsilə Rusiya bütün danışıqlara nəzarət edir və hər gün Kerrinin telefon zənglərinə cavab verən rus xarici siyasət idarəsinin rəhbəri Amerikanın Qarabağa artan marağının nədən qaynaqlandığını yaxşı bilir. Cavabı son ayların hadisələrində axtarmaq lazımdır. Hər halda "sabiq çekist olmur” deyənlərin yenə də haqlı çıxdığını görə bilərik. Yəni Vyana danışıqlarına razılıq verən Moskva Dördgünlük müharibədən sonra Qərbin hərəkətə keçdiyinin və təşəbbüsü ələ almağa çalışdığının fərqindəydi. Erməni versiyasından çıxış edib son vəziyyəti daha yaxşı izah etmək olar. Belə ki, Moskva və Bakı öz aralarında məlum hərbi-siyasi yaxınlaşmanı dərinləşdirməklə "mərhələli hərbi həll” yolunu seçiblər və razılaşdırılmış müharibə Qərbi regiondan kənarda qoymağa hesablanıb. Ona görə də Vaşinqtondan baxıb görəndə ki, Putin müharibəni istədiyi ssenari üzrə inkişaf etdirə bilər və belə olanda Avropaya açılan bütün keçmiş-indiki transmilli layihələr zərbə altına düşər, onda Obamanın məsləhətçiləri çalışdılar ki, erməni-azərbaycanlıları rus layihəsindən çıxarsınlar. Bütün hallarda, Putin 5 apreldə müharibənin yeni dalğasını dayandırıb siyasi təşəbbüsü əbədi rəqiblərinə verə bilməzdi. Sankt-Peterburq Qarabağa Vyanadan bir köynək daha yaxındır”.
Deputat Dördgünlük müharibədən sonra Qafqaz uğrunda gedən mürəkkəb diplomatik-siyasi davanın gücləndiyini bildirib:
"Hazırda Moskva və Bakı arasında tarixdə heç zaman olmayacaq qədər yaxşı münasibətlər hökm sürdüyündən və əksinə, ermənilər son yüz ildə ruslarla ən pis duruma gəlib çatdığından Prezident İlham Əliyev danışıqların məhz belə bir müstəvidə Azərbaycana xeyir verəcəyini proqnozlaşdırır. Əslində, hərbi-status kvo dəyişib və onu siyasi cəhətdən tamamlamaq lazımdır. Ona görə Prezdient İlham Əliyev aprel savaşının nəticələrindən və danışıqların aparıldığı gün 25 minlik silahlı kontingentin təlimlərindən keçərək Peterburqa yola düşmüşdü. Sərkisyan isə ağır Peterburq danışıqlarına 5 generalın - Qarabağın ələ keçirilməsində iştirak edən və özlərini hakimiyyətdə olmağa haqlı sayanların başını vurmaqla, siyasi və hərbi qüvvələr arasında dərin münaqişə ilə getmişdi. Xatırlayın ki, o, başqa bir müxalif döyüşçü qəhrəman Jirayr Səfilyan və onun tərəfdarlarını həbs etməyə də məcbur olmuşdu”.
Sankt-Peterburq görüşünün məxfi xarakterinə rəğmən onu uğurlu bir prosesin mühüm həlqəsi sayan Zahid Oruc deyib ki, Rusiya Qarabağ münqişəsindən indi külli miqdarda ziyan çəkdiyini yaxşı başa düşür:
"Bütün Qərb kampaniyaları regiona məhz münaqişəli vəziyyət gətirdi. Üstəlik, Qarabağ hərbi cəhətdən Qərbin Rusiya sərhədlərinə yaxınlaşmasının ən yaxşı yoludur. Şimali Qafqazı destabilə etmək üçün mühüm platsdarm məhz Azərbaycan ərazisində Qarabağ kimi hərbi gərginlik mənbəyini saxlamaqdır. Biz hələ şimal-cənub strateji nəqliyyat arteriyaları üzərində Cəbrayılda, Füzulidə bir neçə yüz erməninin ucbatından Rusiyanın itirdiyi milyardları da ziyanların siyahısına əlavə etsək, sanksiyaların vurduğu zərbədən daha böyük itkilərin alındığına əmin olarıq. Ona görə Putin planını əngəlləmək və onun Qafqazdakı sülhpərvər missiyasına ziyan vurmaq, regionu himayə edə biləcək yeganə gücün NATO olacağını qələmə vermək naminə Sankt-Peterburqdakı danışıqların məxfi detalları Qərb üçün çox önəmlidir. Onlar tərəfləri öz orbitlərinə çəkmək üçün hər cür şirnkiləndirici təkliflər gətirməyə hazırdılar. Hər halda 90-cı illərdə bu xaqlardan bir çoxunu ruslarla vuruşdurub bunun böyük faydasını götürüblər. Lakin prezidentlik müddəti sona çatmaqda olan Obamanın iki dövlət başıçısı ilə birgə görüşə 8 ildə zaman tapmaması fonunda Putin yeganə xilaskara çevrilir. Çox yaxın günlərdə yenidən Avropa paytaxtlarına yığışıb Qarabağı müzakirə edəcək diplomatların hamısı bilir ki, Moskva ilə razılaşmadan hərəkət edə, hər hansı sülh sazişini icra etmək üçün qoşun birləşmələri yarada bilməzlər. Bizim düşüncələrimizdə son 20 ilin gətirdiyi dəyişiklik bundan ibarətdir”.
Millət vəkili məhz Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inandığını vurğulayıb:
"Bəli, söhbət mərhələli sülhdən getmir. Azərbaycan Rusiyanın fəallığı və bölgənin təhlükəsizliyi üçün dəyişikliklər etmək planlarına qarşı deyil. Ona görə Prezidentin Piterdən inamlı qayıtdğını görməmək mümkün deyil. Unutmayın ki, Qarabağ konflikti Rusiyanın təhlükəsizlik və iqtisadi maraqlarına güclü zərbə vurur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi