22-06-2016 [10:45]
Bakının Nazim Hikmət küçəsilə Mətbuat prospektinin kəsişməsində yerləşən Yasamal İstirahət Parkında (keçmiş Musabekov) fəaliyyət göstərən "Cafepark” adlı iaşə obyektində müştərilərlə qəribə davranışın olduğu barədə Azinforum.az-a şikayət ünvanlanıb.
Qeyd edək ki, bu brend paytaxtın 3 müxtəlif yerində fəaliyyət göstərir. Heç bir əziyyət çəkmədən Bakının ən səfalı və tanınmış parklarından birində məskən salan "Cafepark” müştəri sarıdan kasadlıq yaşamır. Buna sözümüz yox.
Necə deyəllər, Allah bazar versin! Ancaq bu cür təşrif buyuranların bolluğu "Cafepark”ı işlədənlərin başını elə dumanlandırıb ki, onlar müştərilərə yuxarıdan aşağı baxmağa başlayıblar və olduqca qəribə rəftar qanunları kəşf ediblər. Restoranın fəaliyyətindən bizə şikayət edən müştərilər bildirir ki, obyektdə çox nəzakətsiz bir rəftarla rastlaşıblar:
"Restoran iki hissədən ibarətdir. Biz üzü şəhər istiqamətə duranda sol tərəfdəki zala girdik. Üç nəfər idik. Mən, dostum və yanımızda olan bir xanım. Lazımi sifarişləri verəndən sonra, xidmət edən oğlana qəlyan sifariş etdik. Qeyd edim ki, biz olan zaman həmin zalda bir neçə yerdə qəlyan çəkilirdi. Xidmət personalı gəlib bizə bildirdi ki, qəlyan verə bilməyəcəklər. Səbəbini də belə izah etdilər ki, yalnız xanımla gələn müştərilərə qəlyan çəkməyə icazə verirlər. Biz də bildirdik ki, yanımızda xanım var axı. Dedilər ki, xanım qəlyan çəkməyəcəksə, verə bilmərlər. Bu cür nəzakətsiz rəftara görə, restoran rəhbərliyini çağırdıq. İsmayıl adlı bir administrator yanında qoruması ilə gələrək, işçilərinə haqq qazandırdı və bildirdi ki, qəlyanı tanıdıqları daimi müştərilərinə verirlər. Bu , bir növ vaxtilə ABŞ-da mövcud olan irqi diskriminasiya zamanını xatırlatdı.
Həmin vaxt cibində pulunun olmasına baxmayaraq, qara dərili insanları restoranlara buraxmırdılar. Sözün qısası, tələbimizi hörmətsizcəsinə qarşıladıqları üçün, "Cafepark”ı tərk etməli olduq.
Hesab edirəm ki, bir müştəri kimi mənim istirahətimi pozan həmin obyektin özü fərqində olmalıdır ki, elə rəftarları ilə ictimai rəydə özləri barədə pis imic formalaşdırırlar. Mənim onlardan başqa tələbim də yoxdur. Pulum cibimdə, ağlım da başımda. Nə çoxdur, qəlyan çəkməyə yer. Sadəcə, istərdim ki, "Cafepark” rəhbərliyi bu problemi aradan qaldırsın, belə getsə ora təşrif buyurmaq istəyənlər düşüb şəhərdə qəlyan çəkən qız axtarışına çıxmalı olacaqlar ki, həmin kateqoriyalı şəxsi üzünə tutacaq edib restorona getsinlər. Əks halda bizim kimi təhqir olunarlar”.
Azinforum.az-ın reportyorları şikayətlə bağlı həmin iaşə obyektində olan zaman "Caferpak” tərəfindən doğrudan da, deyilən tələblərin qoyulduğunun şahidi olublar. Bizə o da məlum olub ki, həmin obyekt əslən Bakı kəndlərindən birindən olan inanclı bir Hacıya məxsusdur. Restoran sahibinin çox ədalətli adm olduğu deyilir. Diqqətimizi çəkən bir məqam da ondan ibarət oldu ki, "Cafepark”ın menyusunda spirtli içkiyə rast gəlmədik. İftar açan müştərilərə isə xüsusi güzəştlərin edildiyini gördük. Çox güman ki, "Cafepark”dan çox Hacının adına yaraşmayan ”xanımlar qəlyan çəkməlidir” tələbindən onun özünün xəbəri yoxdur. Əgər vardırsa, daha buna sözümüz qalmır.
Yazıda adları çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq.
RÖVŞƏN ƏLİ
AZİNFORUM.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi