22-06-2016 [10:27]
Eldar Mahmudov müəmmasının davam etdiyi bir vaxtda onun qudası Zamirə Hacıyevaya cinayət işi başlanması suallar yaradıb.
İttihama görə, Z.Hacıyeva Beynəlxalq Bankın xəzinəsindən qanunsuz olaraq özünün pul kartı vasitəsilə 2009-cu ildən bu yana 18 milyon manatdan artıq pul xərcləyib. İttiham tərəfi hesab edib ki, Z.Hacıyevanın xərclədiyi pullar ona məxsus olmayıb və qanunsuz xərclənib. Odur ki, xarici dövlətin vətəndaşı olan xanım Hacıyevanın barəsində həbsli axtarış elan ediblər. Tutsalar, ilkin olaraq 4 aylıq həbsi üçün əldə məhkəmə qərar var.
Kimdir Zamirə Hacıyeva və onun indi yada düşməsi nə ilə əlaqəli ola bilər?
Z.Hacıyevanı indiki halda istintaq üçün cəlbedici edən əsas məqam Eldar Mahmudovun qudası olması ehtimalları böyükdür.
Z.Hacıyeva Beynəlxalq Bankın sıradan müştərilərindən biri olsaydı, bu gün onun barəsində cinayət işinin başlanması haqda xəbərlər mətbuat səhifələrinə gəlib çıxmazdı. Xanım Hacıyevanın adı ilk dəfə mətbuatın gündəminə 2005-ci ilin fevral-mart aylarında "ayaq” açıb.
"Qara kəmər” Eldar Mahmudovun kreslosunda möhkəmlənməsinə yol açmışdı.
Həmin vaxt Z.Hacıyevanın Bakıda fəaliyyətdə olan adam oğurlayan dəstə tərəfindən oğurlanması xəbəri yayılmışdı. Xəbərlərdə Z.Hacıyevanın adı çəkilmirdi, "bir bankirin xanımı oğurlanıb" şəklində məlumatlar dolaşırdı. Nəhayət, 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyi Bakının Keşlə qəsəbəsində "Qara kəmər” adlı əməliyyat keçirdi və bankirin həyat yoldaşını girovluqdan azad etdi. Əməliyyat illərlə bağlı qalan sifarişli qətllərin, adam oğurluqlarının bir qisminin üzərinə işıq saldı.
Cəmiyyətdə MTN-ə inamı artırdı, nüfuzunu qaldırdı, quruma əməliyyatdan 8 ay əvvəl, 2004-cü ilin iyulunda rəhbər təyin edilmiş Eldar Mahmudovun kreslosunda möhkəmlənməsinə yol açdı. "Qara kəmər” əməliyyatı DİN-dən 2 dəfə qovulmuş Eldar Mahmudovun milli təhlükəzilik naziri kreslosunda özünü təsdiqləməsi, eyni zamanda özünə düşmən bildiyi şəxslərlə haqq-hesab çəkməsi üçün əla fürsətlər açan bir əməliyyat idi. Bu əməliyyatdan sonra E.Mahmudovun nazir kimi atdığı addımların təftiş olunması bir növ düzgün başa düşülməzdi və təftişçilər də zatən əvvəldən yoxmuş kimi idilər. 
Odur ki, E.Mahmudov 10 il istədiyini edə bildi. Sanki "Qara kəmər” onun toxunulmazlığının qarantiyasına çevrilmişdi. Bir də ki, Eldar Mahmudov Zamirə Hacıyevanı girovluqdan azad edib Hacı Məmmədovu özünün girovuna çevirmişdi. Lakin Zamirə Hacıyevanın da özünun təsir dairəsindən çıxmasına imkan verməmişdi. Oğluna bankirin qızını alıb ömürlük yaxın çevrəsində saxlamışdı.

"Qara kəmər”dən sonra Zamirə Hacıyeva da, Hacı Məmmədov da Eldar Mahmudovun əhatəsindən kənarda qalmadılar. Daim nəzarətində idilər. Niyə? Bu adamları bir-birinə bağlayan, birləşdirən nə olub?
"Zamirə Hacıyevanı oğurlayıb maşının yük yerinə qoydular”
Zamirə Hacıyevanın oğurlanması epizodu ittiham aktına görə belə olmuşdu. C.Hacıyevin həyat yoldaşı Bakıda bahalı salonlardan birinə gedib, oradan çıxanda Hacı Məmmədovun dəstə üzvləri onu oğurlayıblar və maşının yük yerində Nailə Quliyevanın Keşlədə yerləşən mənzilinə gətiriblər. Oğurluqda iştirak etmiş N.Quliyeva sonradan məhkəmədəki ifadəsində "Zamirə Hacıyevanı oğurlayıb maşının yük yerinə qoydular” demişdi. İttiham aktına görə belə olub. Bəs əslində necə olub? Zamirə Hacıyeva oğurlanarkən niyə çığır-bağır salmayıb?
Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması haqda: "Bu, hansısa böyük qüvvənin sifarişi olub”
Eldar Mahmudovun rəhbərliyi altında həyata keçirilən "Qara kəmər” əməliyyatından sonra baş verənlər - MTN əməkdaşlarının hər cür qanunsuzluğa qol qoyması həmin əməliyyatın üzərindən qara xətt çəkdi. "Qara kəmər”in baş qəhrəmanı Hacı Məmmədov işi üzrə məhkəməsində dəfələrlə MTN-ə istintaqın qərəzli aparıldığını söylədi. Bir çox suallar yaradan mətləblərə toxundu.
Məsələn, 2006-cı il avqustun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodu üzrə ifadəsində sifarişçinin kimliyi haqda suala belə bir cavab vermişdi.
Sitat: "Bu, hansısa böyük qüvvənin sifarişi olub”.
H.Məmmədovun bu ifadəsindən belə bir nəticəyə gəlmək olar ki, onunla sifarişçi arasında konkret şəxs olub. Kimdir həmin şəxs? Hacı Məmmədov onun adını məhkəməsi boyunca niyə çəkmədi?
"Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi”
Zamirə Hacıyevanın oğurlanması epizodu üzrə 9 oktyabr 2007-ci ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə Hacı Məmmədov belə bir fikir işlətmişdi.
Sitat: "Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi. Mən heç kimə qarşı birbaşa ifadə verməmişəm. Əgər belə bir ifadə verəsi olsaydım, cəza çəkməli olan şəxslər bu zala yerləşməzdi. Mən heç kimə mesaj göndərmirəm. Lakin həmin qətllər və oğurlanmalar mənə məcburiyyətlə sifariş olunub. Həmin sifarişçinin kim olmasından məlumatı olan və vasitəçilik edənlər var. İndi onların adını deyə bilmərəm”.
"MTN-də aparılan istintaq zamanı sifarişçilərin kim olması araşdırılmayıb”
Elə həmin gün keçirilən məhkəmədə H.Məmmədov belə bir ifadə də vermişdi.
Sitat: "Mənim cinayətləri həyata keçirməyim sifarişli olduğu kimi, MTN-in də istintaqı sifarişli idi. MTN-də aparılan istintaq zamanı sifarişçilərin kim olması araşdırılmayıb”.
Niyə araşdırılmayıb? Eldar Mahmudov nazir olaraq bu araşdırmalara niyə imkan verməyib? Niyə o, nazir postundan çıxarılandan sonra da bu araşdırmalar ortada deyil? Hacı Məmmədov məhkəməsində "mən ”osminoq"un bir ayağı olmuşam" sözlərini elə-belə demişdimi? 
Hacı Məmmədovla Eldar Mahmudovu birləşdirən məqam
Hacı Məmmədovun həbs edilən gündən 2016-cı ilin mayına qədər MTN-də saxlanılmasının qanunsuzluğu məsələsinə diqqət etdik. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin edilənə qədər uzun illər daxili işlər orqanlarında (DİO) çalışıb. Yol verdiyi qanunsuzluqlara görə DİO-dan 2 dəfə qovulub. Hacı Məmmədov da həbs edilən günə qədər DİO-da çalışıb və onun da bioqrafiyasında orqanlardan xaric olunma var. Mümkündür ki, H.Məmmədovla E.Mahmudovun "Qara kəmər”dən əvvəl də əlaqələri, münasibətləri olub.
Hacı Məmmədovun Eldar Mahmudov üçün qiymətli arestanta çevrilməsinin sirri Eldar Mahmudov Hacı Məmmədovun barəsində məhkəmə hökmü çıxarılandan sonra iş üzrə digər ömürlük həbs edilən şəxslər kimi onun da Qobustan Qapalı Həbsxanasına köçürülməsinə şərait yaratmalı idi. Amma E.Mahmudov vəzifədə olduğu müddət boyunca H.Məmmədovu özünün birbaşa tabeçiliyində olan təcridxanada saxladı. Digər şəxsləri isə Qobustan Qapalı Həbsxanasına köçürdülər.
Hacı Məmmədovu hansı xidmətlərinə görə 10 il MTN təcridxanasında saxladılar? Hacı Məmmədov Eldar Mahmudov üçün niyə bu qədər qiymətli arestanta çevrilmişdi? Bu, Hacı Məmmədovun Eldar Mahmudovun sirlərinə bələd olmasına görə deyildi ki?
Hacı Məmmədov məhkəmələri boyunca adam oğurluqları və qətllər üzrə ifadələrində sifarişçilərin adını çəkəcəyi vədini verirdi və elə sona qədər də onun sözləri vəd olaraq qaldı.
Zamirə Hacıyeva oğurlanan gün Hacı Məmmədovu Baş Prokurorluqda dindiriblər
2006-cı il avqustun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə daha bir maraqlı məqam üzə çıxmışdı. Zakir Nəsirovun vəkili Adil İsmayılov vəsatət qaldıraraq istintaqdan Zamirə Hacıyevanın oğurlanması işi üzrə əməliyyat hərəkətləri barədə materialların təqdim olunmasını xahiş etmişdi. Məlum olmuşdu ki, Z.Hacıyeva oğurlanan gün - 2005-ci il fevralın 10-da Hacı Məmmədovu Baş Prokurorluqda dindiriblər. Vəkil həmin dindirməyə dair protokolun da məhkəməyə təqdim edilməsini istəmişdi. Lakin məhkəmə vəsatətləri baxılmamış saxlamışdı.
Məhkəmə bu qərarı hansı əsasla verdiyini izah etməmişdi.
2006-cı il avqustun 29-da Hacı Məmmədov məhkəməsində daha bir maraqlı fikir söylədi.
Sitat: "Mən cinayətlər etmişəm, bu məlumdur, ancaq məndən də pis adamlar var”.
Hacı Məmmədovun "pis adamlar” təyini ilə qeyd etdiyi şəxslər kimlərdir? Niyə MTN-də onun dediklərinin tam araşdırılması baş tutmadı?
Hacı Məmmədovun "qəfil və əvvəlcədən bilinən sifarişlər” açıqlaması
Həmin gün - 2006-cı il avqustun 29-da Hacı Məmmədov adam oğurluğu və qətllərlə bağlı sifarişlərin "qəfil və əvvəlcədən bilinən sifarişlər” olduğunu, Zamirə Hacıyevanın oğurlanmasının isə birinciyə aid olduğunu söyləmişdi.
Qəfil sifarişin verilməsi nə ilə əlaqəli ola bilərdi?
Hacı Məmmədov qəfil sifariş aldığı vaxtda Elmar Hüseynovun qətlinə 1 aydan az vaxt qalırdı.
Burada bir haşiyə çıxıb qeyd edək ki, H.Məmmədova Z.Hacıyevanın oğurlanması qəfil şəkildə sifariş edildiyi günlərdə Bakıda "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinə 1 ay qalmışdı.
Girovluqdakı Zamirə Hacıyevaya prezident yanında müşavirədən detallı xəbər
Hacı Məmmədov məhkəməsində Z.Hacıyevanın oğurlanması epizodu üzrə verdiyi ifadələrdə olduqca ilginc 2 məqama toxunmuşdu. Demişdi ki, Z.Hacıyevanı uzun müddət saxlamaq fikrində olmayıblar. Amma özlərindən asılı olmayan səbəblərdən qadını 1 ay həbsdə saxlayıblar. Z.Hacıyeva 2005-ci ilin qadınlar bayramını - martın 8-ni H.Məmmədovun Keşlə qəsəbəsindəki evindəki xüsusi saxlanc yerində girovluqda qarşılayıb.
Həmin gün Hacı Məmmədov ona bir vəzifəli şəxsin adından gül bağışlayıb. Bundan əvvəl isə Zamirə Hacıyevaya prezident yanında müşavirə olduğunu, həmin müşavirədə adam oğurluqları, birbaşa Zamirə Hacıyevanın oğurlanmasının da müzakirə ediməsi haqda məlumat verib.
Hacı Məmmədov Zamirə Hacıyevaya gülü kimin adından bağışlamışdı?
DİN-in yüksək çinli zabiti olması Hacı Məmmədovun prezident yanında müşavirədə müzakirə olunan mövzulara vaqif olması imkanı verirdimi? Təəssüf ki, suallar çox, cavablar isə yoxdur. Əvvəldə qeyd etdiyimiz kimi, "Qara kəmər” əməliyyatı Eldar Mahmudov üçün bir növ qarantiya idi. Bu əməliyyatdan sonra Eldar Mahmudov güclənmişdi.
Diqqətçəkən məqamlardan biri isə onun rəhbərliyi altında girovluqdan azad edilən Zamirə Hacıyeva ilə quda olmalarıdır. Eldar Mahmudovun ilk həyat yoldaşı, milliyyətcə ləzgi olan Yana Mahmudovadan olan oğlu ilə Zamirə Hacıyevanın ilk həyat yoldaşından olan qızı ailə həyatı qurmuşdular. Görəsən, Zamirə Hacıyevaya 2005-ci ildə girovluqda olarkən qızıl gül göndərən Eldar Mahmudov olmayıb ki?
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi