Türkiyə baz naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan görüzlər

img

12-04-2010 [11:58]


Vaşinqtonda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüş artıq başa çatıb. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Ərdoğan görüş zamanı bildirib ki, protokolların imzalanması üçün Ermənistan işğal olunmuş Dağlıq Qarabağ torpaqlarını azad etməlidir. Həmçinin məlum olub ki, iki ölkənin xarici işlər nazirləri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində birgə səylər göstərəcək. Qeyd edək ki, bir müddət öncə verilən xəbərə görə, görüşdə Sürixdə imzalanan protokollar, habelə ikitərəfli münasibətlərin normallaşması prosesinin müzakirə ediləcəyi bildirilirdi. Həmçinin Türkiyənin Ermənistandan protokollarla bağlı qəti addımlar atması, eləcə də İrəvandan danışıqlara üçüncü ölkənin qarışması üçün səy göstərməməsini istəyəcəyi söylənilirdi. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin də müzakirə ediləcəyi bildirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA