21-06-2016 [19:08]
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov AMEA Naxçıvan bölməsində iki müəssisənin birgə hazırladığı "Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci – "Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyası” cildinin hazırlanması vəziyyətini birgə müzakirə etmək üçün Naxçıvan şəhərində ezamiyyətdə olublar.
Bu barədə sözügedən institutdan Mia.az-a verilən məlumata görə, yeni cildin hazırlanmasıyla bağlı AMEA-nın Naxçıvan bölməsində dəyirmi masa keçirilib.
Yığıncaqda Coğrafiya İnstitutu tərəfindən akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və c.ü.f.d. Məhərrəm Həsənov, Naxçıvan tərəfdən isə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bioresurslar İnstitutunun direktoru, akademik Tarıyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, NDU-nun coğrafiya kafedrasının müdiri, c.ü.f.d. Nazim Bababəyli və digər əməkdaşlar iştirak ediblər.
Müzakirədə çıxış edən akademik İ.Hacıyev tərtib olunan ikicildlik Naxçıvan coğrafiyasının Muxtar Respublika üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək, onun hazırlanmasında Naxçıvan elmi ictimaiyyətilə bərabər, Ali hakimiyyət orqanlarının da maraqlı olduqlarını və bu işə hər cür dəstək olmağa hazır olduqlarını diqqətə çatdırıb.
İ.Hacıyev uzun illər ərzində Naxçıvanda belə bir monoqrafiyanın yaranması üçün elmi bünövrə yaradıldığını və ona görə də məhz Coğrafiya İnstitutunun təşəbbüsü ilə belə bir əsərin hazırlanmasının çox təqdirəlayiq hal olduğunu xüsusi qeyd edib.
Akademik R.Məmmədov monoqrafiyanın hazırlanması üçün elmi-təşkilatı işlərin vəziyyəti, istifadə olunan materialların yeniləşdirilməsi, Naxçıvan alimləri ilə birgə əməkdaşlıq və s. haqqında məlumat vermiş və göstərmişdir ki, bu işləri yüksək səviyyədə başa çatdırmaq üçün birgə səyləri daha da artırmaq lazımdır. O öz çıxışında qeyd edib ki, elmi-tədqiqat işlərinin daha səmərəli və yüksək səviyyədə olması üçün AMEA Coğrafiya İnstitutunun müvafiq əməkdaşlarının MR-ya ezam olunması, buradan mütəxəssislər və əlaqədar təşkilatla birgə işləməsi daha effektiv olardı. Bu fikir də hər iki tərəfdən dəstəkləndi və tezliklə bir qrup işçinin Naxçıvan MR-ə ezam olunması qərara alınıb.
Monoqrafiyanın hazırkı vəziyyəti, bölmələr üzrə aparılan işlər haqqında danışan AMEA-nın müxbir üzvü E.Əlizadə Naxçıvanın oroqrafiyası, geologiyası, relyefi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi, ekoloji problemləri və fiziki rayonlaşdırılması bölmələrinin hər birini ayrı-ayrılıqda təhlil edərək işin gedişi haqqında məlumat verdi. O bildirdi ki, monoqrafiya ilkin vəziyyətdə əsasən başa çatsa da, görüləsi işlər hələ çoxdur, müəlliflər ilkin variant üzərində işləməli və iş üzərində ümumi nəzarət həyata keçirilməlidir.
Dosent M.Həsənov Naxçıvanın iqliminin 60-cı illərdən sonra ilk dəfə olaraq yeni məlumatlar əsasında işləndiyini qeyd edərək, bildirib ki, hal-hazırda təqdim olunan bütün materiallar ən yeni məlumatlara əsaslanaraq Naxçıvan iqliminin ən mühüm xüsusiyyətlərini özündə əks etdirir. O qeyd edib ki, burada klassik iqlim şəraiti ilə yanaşı Naxçıvan MR-in alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, MR iqliminin insan səhhətinə təsiri kimi məsələlər də öz əksini tapıb.
Dəyirmi masada akademik T.Talıbov və AMEA-nın müxbir üzvü S.Məhərrəmov da çıxış edərək öz bölmələrinin hazırkı vəziyyəti haqqında məlumat vermiş və bu mühüm tədbirin çox böyük məsuliyyətlə yerinə yetilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda akademiklər Ramiz Məmmədov və İsmayıl Hacıyev yekun çıxışlarında gələcəkdə görülməsi nəzərdə tutulan tədbirlər haqqında danışıb və onların yerinə yetirilməsi üçün konkret yol xəritəsinin hazırlanmasının vacibliyini vurğulayıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi