21-06-2016 [18:43]
Xəbər verdiyimiz kimi, mayın 27-də Xırdalan şəhərində bir dəstə "Kafe park” adlı kafeyə hücum çəkərək obyekt rəhbərini və ofisiantları döymüş, kafeni darmadağın etmişdi.
Sakinlər bildirmişdilər ki, 15-20 nəfər gəncdən ibarət olan dəstə bu cür cinayətkar əməllər törədərək şəhərdə ad salmaq istəyirlər.
Hadisədən sonra Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkənləri sorğu-suala çəkərək hadisəni törədənlərin kimlər olduğunu müəyyənləşdirib. Lakin təəccüb doğuran məqam odur ki, həmin dəstənin üzvləri həbs olunmayıb, hələ də azadlıqdadırlar.
Kafenin sahibi Faiq adlı şəxs qəzetimizə açıqlamasında onun obyektinə hücum edən dəstənin hələ də azadlıqda olmasından narahatlığını ifadə etdi: "Hadisədən sonra onların haqqında heç bir tədbir görülməyib. Gözün üstə qaşın var deyən yoxdur. Hətta bu olaydan sonra başqa bir kafeni də dağıdıblar. Bu məsələ ilə bağlı yenidən Abşeron Rayon Polis Şöbəsinə getdim, şikayətimi bildirdim. Dedim ki, əgər ölçü götürməyəcəksinizsə, özümüz bu işin dalınca düşək. Mənə deyirlər ki, baş verən hadisənin şahidi olan adam gətir ki, sübut eləsin. Cinayət əməlini törədənlərin başçısının şəkilini, ad və soyadını, ev ünvanına kimi vermişəm. Həmin şəxslərin kim olduqlarını da yaxşı bilirlər. Deyirəm ki, evinin yerini bilirsiniz, niyə gedib maraqlanmırsınız? Bildirirlər ki, "elə olmur”".
Qəsəbə sakinləri isə bu qruplaşmanın Xırdalanda adam döyüb, ad salmaq niyyətində olduğunu dedilər: "Onlar şəhərdə avtoritet kimi ad salmaq niyyətindədirlər. "Razborka”lara, problemli məsələlərə gedirlər. Bildiyimizə görə, bu qruplaşmaya day-daylıq edənlər var”.
Məsələ ilə Abşeron Rayon Polis Şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Özünü təqdim etməyən polis əməkdaşı məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini dedi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi