Hökumət qərar verdi: Bu şəxslərə yeni vəzifə verildi - SİYAHI

img

21-06-2016 [17:59]


Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü”nün təsdiq edilməsi barədə qərar verib.

Mia.az xəbər verir ki, Mərkəzi Çağırış Komissiyasının sədri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, Komissiya sədrinin müavini müdafiə nazirinin müavini Kərim Vəliyev, Komissiyanın üzvləri səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov, ədliyyə nazirinin müavini Toğrul Musayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərov və Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini Niyazi Hacıyev təyin ediliblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına 2016-cı il iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA