21-06-2016 [11:13]
Lənkəran şəhərində dövlət tərəfindən muhafizəyə götürülmüş dahi Nizami Gəncəvinin heykəli və onun adını daşıyan tarixi memarlıq abidəsi "Nizami” kinoteatrı "Neon-111” MMC tərəfindən sökülərək məhv edilib.
"GƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Fəxrəddin Gözəlovun verdiyi məlumata görə, Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülmüş Lənkəran şəhərindəki Nizami adına kinoteatrın binası heç bir hüquq müəyyənedici sənəd olmadan "Neon-111" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülüb məhv edilərək, yerində "Neon” Şadlıq Sarayı üçün tikinti işləri aparılır. O cümlədən, kinoteatrın qarşısında olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli də sökülüb.
Baş vermiş qanun pozuntusu ilə əlaqədar olaraq, "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən ünvanlanan 01 aprel 2016-cı il tarixli, 10-50/1-470 saylı cavab məktubunda bildirilib ki, "Nizami” kinoteatrı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılmış və "Neon-111” MMC tərəfindən satın alınıb.
"Neon-111” MMC tərəfindən sözü gedən tikili sökülüb və yerində, qeyri-yaşayış obyekti üçün tikinti işləri aparılıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti"nin Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətindən sonra tikinti işləri dayandırılıb".
Lakin apardığımız monitorinq nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhərində "Neon-111" MMC tərəfindən "Şadlıq Sarayı” üçün aparılan tikinti işləri dayandırılmamış, hazırda da davam etdirilir.
Qanuna görə, abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər.
Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı bir hərəkət etmək qadağandır. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 4.).
Abidənin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulmaq və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 10.).
Abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan şəxlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 28.).
Belə həssas bir dövrdə, Azərbaycan mədəniyyətini başqa millətlər tərəfindən mənimsənilməsi üçün cəhdlər edilərkən, Lənkaran şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli və dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi-memarlıq abidəsi olan "Nizami” adına kinoteatrı aidiyyatı orqanların qanuna zidd olan "razılıqları ilə” "Neon-111” MMC tərəfindən sökülərək məhv edilib. 

Azadinforum.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi