Plagiat elmi izlərə görə elmi rəhbərlər cəzalandırıldı

img

12-04-2010 [05:28]


Azərbaycan Milli Elmlər AAkademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu plagiat elmi işlərlə bağlı məlumat yayıb. Müstəqil İnformasiya Agentliyi AMEA-nın rəsmi İnternet saytına istinadən xəbəpr verir ki, ?Elm? qəzetinin 15 mart 2010-cu il tarixli 10-cu nömrəsində Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin ?Elmdə plagiatlıqla bağlı məsələ Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin iclasında müzakirə olunmuşdur? adlı məlumatı ilə əlaqədar olaraq aşağıdakıları bildiririk: - Milli Aviasiya Akademiyasının nəzdində yaradılmış N.06.011 Dissertasiya Şurasında AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun 6 nəfər tədqiqatçısının öz dissertasiya işlərini yazarkən köçürmə hallarına yol vermələrinə dair Şura sədri, hüquq elmləri doktoru İbrahim Quliyevin məlumatı tədbir görülməsi üçün AMEA Rəyasət Heyətinə göndərilmişdir. Bununla əlaqədar olaraq Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun 12 yanvar 2010-cu il tarixli 03 saylı əmri ilə göstərilən faktların araşdırılması üçün yoxlama komissiyası yaradılmış və müvafiq araşdırmalar aparılmışdır. Müəyyən edilmişdir ki, İnstitutun tədqiqatçıları tərəfindən yol verilən köçürmə hallarına sabiq direktorun rəhbərlik etdiyi dövrdə yol verilmişdir. Yoxlamanın nəticələri 8 fevral 2010-cu ildə İnstitutun Elmi Şurasında geniş müzakirə edilmiş və göstərilən halların təkrar edilməməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir; - İnstitut direktorunun əmri ilə ?Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses? şöbəsinin müdiri, hüquq elmləri doktoru Əliyev Mais Nəbi oğlu şöbə müdiri vəzifəsindən və Elmi Şuranın üzvlülüyündən azad edilmiş, onun İnstitut tədqiqatçılarına elmi rəhbər olması qadağan edilmişdir. Eləcə də ?Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses? şöbəsinin fəaliyyətini əsaslı surətdə yaxşılaşdırmaq və tələbkarlığı gücləndirmək üçün müvafiq tədbirlər görülmüşdür; - İnstitutun köçürmə hallarına yol vermiş sabiq aspirantların və dissertantların təhsil müddətinin başa çatması, eləcə də onların tədqiqat işləri üzrə ekspertizaların dayandırılması və iddiaçıların bu mövzular üzrə təkrar müdafiə hüquqlarını itirməsi haqqında qərarlar çıxarılması nəzərə alınmışdır; - İnstitutun ?Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses? şöbəsinin, eləcə də bütün İnstitut üzrə aspirant və dissertantların sistemli şəkildə, ardıcıl olaraq attestasiyadan keçirilməsi, qüsurlara yol vermiş və elmə təsadüfən gəlmiş tədqiqatçıların uzaqlaşdırılması üçün şöbə müdirlərinə konkret göstərişlər verilmişdir; - İnstitutda tədqiqat işlərinin ilkin müzakirəsinə münasibətin əsaslı surətdə yaxşılaşdırılması, AAK-ın tələblərinə tam əməl olunması, dissertasiya işi üzrə elmi rəhbərin müsbət rəyi olduqdan sonra belə, işlərin elektron variantda oxşar mövzulardan köçürmə hallarına yol verib-verməməsi məsələsinin araşdırılması, dissertasiya işlərinin anonim qaydada yüksəkixtisaslı mütəxəssislərə, şöbələrə və ya institutlara rəyə göndərilməsi təcrübəsindən istifadə edilməsi qərara alınmışdır; - Elmi-tədqiqat mövzularının seçilməsi, elmi rəhbərin təyin olunması, tədqiqat işlərinin yüksək elmi səviyyədə hazırlanması, minimum imtahanların götürülməsi, tədqiqat işlərinin müzakirəsi və açıq müdafiəyə buraxılması işini yaxşılaşdırmaq üçün İnstitut rəhbərliyi tərəfindən kompleks tədbirlər müəyyən edilmiş və icrasına başlanılmışdır; - Elmi tədqiqatlara münasibətin əsaslı surətdə dəyişdirilməsi, köçürmə hallarına görə məsuliyyətin artırılması və müəlliflik hüququ sahəsində maarifləndirmə tədbirlərinin güclənləndirilməsi məqsədilə Respublika Müəlliflik Hüququ Agentliyinin və Ali Attestasiya Komissiyasının mütəxəssisləri ilə birlikdə İnstitutda 3 mart 2010-cu il tarixdə ?Elmi yaradıcılıq fəaliyyətində müəlliflik hüququ və onun müasir problemləri? mövzusunda geniş dəyirmi masa keçirilmiş və kütləvi informasiya vasitələrində bu barədə məqalələr dərc edilmişdir; - İnstitutda görülmüş əsaslı tədbirlər haqqında hələ 2010-cu ilin yanvar və fevral aylarında müvafiq olaraq AMEA prezidenti, akademik Mahmud Kərimova və N.06.011 saylı Dissertasiya Şurasının fəaliyyət göstərdiyi Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə yazılı məlumatlar göndərilmişdir. Bütün bu istiqamətlərdə tədbirlər hazırda da davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA