20-06-2016 [22:10]
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirən birinci xanım Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurla keçdiyinə əmin olduğunu söylədi. "Şadam ki, Azərbaycanda ilk dəfə keçirilən Formula-1 yarışını siz də izlədiniz”, - deyən Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin sayının artdığına görə Jan Fransua Manselə xüsusi minnətdarlığını ifadə etdi.
Fransadan gələn nümayəndə heyətinin tərkibində ölkəmizə ilk dəfədir ki, səfər edənlərin olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bu şəxslərin Azərbaycan reallıqları ilə yaxından tanış olub Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə səylər göstərəcəklərinə ümidvar olduğunu bildirdi.
Heydər Əliyev Fondunun prezidenti ölkələrimiz arasında bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm parlamentlər arasında əlaqələrin inkişaf etdiyini vurğuladı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu əlaqələrin daha da möhkəmlənməsi üçün müxtəlif tədbirlər görüldüyünü dedi. Humanitar sahədəki əlaqələrə toxunan Mehriban Əliyeva bir ildən artıqdır ki, ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Azərbaycan–Fransız Universitetinin açılışının nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırdı.
"Əminəm ki, humanitar sahədə birgə səylərimiz insanlarımızın bir-birini daha yaxından tanımasına imkan verəcək”, - deyən birinci xanım Mehriban Əliyeva bu səfərin xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması işinə xidmət edəcəyini bildirdi.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel başçılıq etdiyi nümayəndə heyəti adından görüşə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi, nümayəndə heyəti üzvlərinin bundan əvvəl heç vaxt ölkəmizdə olmadıqlarını, amma ürəklərinin artıq Azərbaycanla döyündüyünü söylədi. Jan Fransua Mansel Formula-1 Avropa Qran-pri yarışının Bakıda yüksək səviyyədə keçirildiyini vurğuladı, bu cür beynəlxalq tədbirlərin təşkil edilməsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu qeyd etdi.
Görüşdə Mehriban Əliyevaya Fransa Milli Assambleyası adından xatirə hədiyyəsi təqdim edildi.
Trend





Trend.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi