20-06-2016 [19:17]
Bu gün Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən Mia.az-a verilən məlumata görə, rektor, professor Ədalət Muradov UNEC-də ölkə və dünya iqtisadiyyatında baş verən proseslərə dair müzakirələrin aparılmasının əhəmiyyətindən danışıb. Mərkəzi Bank sədri, eyni zamanda universitetin fəxri məzunu Elman Rüsəmovla görüşün UNEC-in elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini bildirib.
Rektor bu məqəsdlə "Diskurs.az” iqtisadi forumunun və "UNEC Exspert” jurnalının təsis edildiyini qeyd edib. Bildirib ki, bu resurslar universitetin iqtisadçılarına iqtisadi proseslərə öz münasibətini bildirmək imkanlarını yaradır.
Ə.Muradov UNEC-in artan nüfuzundan danışıb: "Universitetimiz dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərində yer alır. "Webometrics” reytinqində UNEC ardıcıl olaraq, iki dəfə Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb. Bundan başqa, iyunun 14-də QS reytinqinin açıqlamasında UNEC Avropa və Mərkəzi Asiya regionunun ən yaxşı 200 universiteti arasında qərarlaşaraq, iqtisadyönümlü universitetlər arasında 4-cü yerə yüksəlib”
AMB sədri Elman Rüstəmov ölkənin aparıcı universitetlərindən olan UNEC-də iqtisadçı mütəxəssis və ekspertlərlə müzakirələr aparmağın əhəmiyyətini vurğulayıb. Bildirib ki, universitet iqtisadçılarının ölkə iqtisadiyyatında cərəyan edən hadisələrə münasibəti əhəmiyyətlidir.
AMB sədri "İqtisadi artım və makroiqtisadi siyasət” mövzusunda məruzə ilə çıxış edib.
E.Rüstəmov son on ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması barədə ətraflı məlumat verib. Bildirib ki, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb. İqtisadiyyatda qeydə alınan müsbət dinamikanın qeyri-neft sektorunun inkişafı hesabına təmin edildiyini diqqətə çatdırıb. Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ən yüksək göstəricidir.
E.Rüstəmov bundan sonra da makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bankın hökumətlə birgə həyata keçirəcəyi kompleks tədbirlərdən danışıb: "Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək”.
Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.
E.Rüstəmov nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinın Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindən olduğunu da vurğulayıb: "Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq”.
Daha sonra E.Rüstəmov ölkədə makroiqtisadi stabilliyin qorunması istiqamətində Mərkəzi Bankın görəcəyi tədbirlər, dünyanın valyuta, eləcə də enerji bazarlarında baş verən proseslərə Mərkəzi Bankın münasibəti və dolların dəyişən məzənnəsi haqda UNEC iqtisadçılarının suallarını cavablandırıb.
Tədbir müzakirələrlə davam edib. UNEC iqtisadçıları makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi, xüsusilə neftdən kənar sahələrin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə öz təkliflərini veriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi