Putin "Qarabağla bağlı mövqeyimiz bəllidir" dedi, İlham Əliyevsə "Ermənilər bölgədən çıxarılmalıdır" bəyanatını verdi

img

20-06-2016 [16:43]


Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.

Üçtərəfli görüşdən öncə Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb. Sarkisyan münaqişənin həllində göstərdiyi dəstəyə görə, Putinə təşəkkür edib:

"Bizim Qarabağla bağlı mövqeyimiz bəllidir. İstərdik ki, münaqişə sülh yolu ilə həll edilsin. Mən Minsk Qrupunun həmsədri ölkəsi kimi sizə bu məsələyə ayırdığınız diqqətə və səylərə görə təşəkkür etmək istəyirəm”.

**** 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin ilə görüşüb.

Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində "status-kvo” qəbuledilməzdir:

"Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”.

 

ilham put

ilham put02

 

ilham put03

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA